vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
13:32 | 3 sentyabr 2015 | Cümə axşamı Məqaləyə 2564 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir məktəb direktor hakim qarşısında

«Ölü canlar» saxlayan Lütfiyyə Qasımovanın məhkəməsi başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəzər Rayon Məhkəməsində 136 saylı orta məktəbin keçmiş direktoru Lütfiyyə Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi sentyabrın 9-da davam etdiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhəri 136 nömrəli tam orta məktəbin fəaliyyətinin yoxlanılmasına dair Təhsil Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı orta məktəbin direktoru Lütfiyyə Qasımovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 2013-2014-cü tədris illərində ayrı-ayrı müəllimlərə işdə üstün şərait yaratmaq, dərs yükünün artırılması müqabilində hər ay onlardan müxtəlif məbləğlərdə pul almasında, habelə məktəbin bəzi müəllimləri işə gəlmədikləri halda onların guya məktəbdə dərs aparmaları barədə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb (APA).