
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
Böyük qələbənin 80 illiyini qeyd etməyə hazırlaşan millətin qara ləkəsi
Hindistanda məktəb yeməklərində ilan tapıldı
Keyfiyyət üçün saatın çoxluğu yox, məzmun dəqiqliyi, metodika düzgünlüyü və müəllimin hazırlığı əsasdır
Bir tonluq alov topu saatda 27360 km sürətlə yerə çırpılacaq
Bu acı tarixi heç vaxt unutmamalıyıq
Avropa məktəblərində Süni intellektdən asılılıq artır
Avropa ölkəsində məktəb menyusunda köklü dəyişiklik
Katın qətliamlarının 85-ci ildönümüdür
Kiminsə kölgəsinə sığınmaq birtərəfli asılılıq yaradır, milli kimlik itir
Polisi Heminquey oxuyan yeganə ölkə
Duysburqda sağçı ekstremist təhdidi ilə bağlı həyəcanlı vəziyyət yaşanır
Latviyada “Georgi lenti” keçmiş SSRİ-nin, onun respublikalarının və faşist Almaniyasının bayraqlarından, gerblərindən və himnlərindən, işarə və simvollarından istifadə qadağandır. Qadağanın pozulmasına görə fiziki şəxslər 350 avro, hüquqi şəxslər isə 2900 avro ərimə olunurlar.
Litvada “Georgi lenti”, eləcə də “Z” və “V” işarələri qadağan edib. Bu simvollarının təbliği, yayılması və ya nümayişi qadağan edilməklə yanaşı qanunun tələblərinə əməl etməyən fiziki şəxs üç yüz avrodan yeddi yüz avroya qədər, hüquqi şəxs isə altı yüz avrodan min iki yüz avroya qədər cərimələnəcək.
Estoniyada da “Georgi lenti” qadağa edilib. Qadağanın pozulmasının qarşısı polis tərəfindən alınacaq. “Georgi lenti”nin, Z və V hərflərinin nümayişinə görə fiziki şəxslər 1,2 min avro, hüquqi şəxslər 32 min avro çərimə müəyyən edilib.
Moldovada “Georgi lenti” lenti və kommunist ideologiyaları və simvolları faşist simvolları ilə eyniləşdirilib. Qanunun tələblərini pozan fiziki şəxslər 243 dollardan 486 dollara qədər, hüquqi şəxslər isə 1621 dollara qədər cərimə olunucaq.
“Georgi lenti” Gürcüstan və Qazaxıstanda da qeyri-rəsmi şəkildə qadağan edilib.
BMT Baş Assambleyası 8 və 9 may tarixlərini Anım və Barışıq Günləri elan edib. Üzv dövlətlərə, qeyri-hökumət təşkilatlarına və ayrı-ayrı şəxslərə bu günlərdən birini və ya hər ikisini İkinci Dünya Müharibəsinin bütün qurbanlarının xatirə günü kimi qeyd etməyi tövsiyə edib.
“Georgi lenti”nin yalnız Belarus və Ermənistanda hörməti var. Belarus-Rusiya münasibətlərindən danışmağa ehtiyac yoxdur. Rəsmi İrəvanın isə Kremlin vassalı, dövlətinin isə Rusiyanın forpostu olması bütün dünyaya məlumdur.
Azərbaycanda da bəzi səlahiyyətlilər özfəaliyyətlə məşğuldurlar. Bakının (mərkəzində) Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 31 ünvanında yerləşən 164-saylı orta məktəbin direktoru Kəmalə Qədirova səlahiyyətlərini aşaraq şagirdlərin yaxasına “Georgi lenti” yapışdırıb. Bunu təşkil edən xanım Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, o cümlədən Apelyasiya Şurasının üzvü Fərzəli Qədirovun həyat yoldaşıdır.
Belə tədbirlər Azərbaycanın Rusiyadan asılı olduğu təəssüratını yaradır. Bunların qarşını almaq üçün isə Təhsil Nazirliyi heç bir tədbir görmür.