Dərslik müəllim rolunda
İnternet dərsliyi əvəzləməməlidr ...
Etibar ƏLİYEV, millət vəkili
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Məktəbli analar
Kim deyir ki, yol həmişə böyüklərindi?
-
Yapon məktəblərində paltarsız yoxlama böhranı
Etiraz edən valideynlər təcrübənin dərhal dayandırılmasını tələb edirlər
-
Avropada smartfon qadağası böyüyür
Belçikada ibtidai və orta məktəblərdə smartfondan istifadə ilə bağlı qərar
-
“Oxutmasam əl çəkməm!”
Səriştəli valideyn olmağın vacibliyi, yaxud təhsildə alman modeli
-
130 məktəb, 125 uşaq bağçası ...
Təhsil müəssisələrində istilik problemi
-
Şagirdlərə nə qadağan olunacaq?
Mini ətək, manikür-makiyaj, dikdaban ayaqqabı, saqqal, zinət, ...
-
Cəzalar qüvvəyə minir
Nizam-intizamı pozanlara qarşı tədbirlər görüləcək
-
“Dərsin keyfiyyətinə təsir edir”
İkinövbəli təhsil yaxşıdır, yoxsa pis?
-
Məktəbli analar ...
... Yaxud kim deyir ki, yol həmişə böyüklərindi?
-
Mələksiniz hamınız...
Qanadlarınız da “vaxtı” gələndə çıxacaq
-
Qaytarın kişiləri məktəblərə!
Bu gün gözlə görə bilmədiyimiz qorxulu tendensiya
-
“Georgi lenti” sevdası...
Siyasət çirkabına bulaşan məktəb direktoru cəzalanacaqmı?
-
Təhsildə post-pandemiya travması
Məktəblərdə nə baş verir?
-
Nazirliyin bağladığı "qara bazar"
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
-
13 212 uşaq qeydiyyatdan keçib
Məktəbəhazırlıq qruplarına qəbul sentyabrın 25-ə qədər davam edəcək
-
Orta məktəblərin statusu dəyişdirilir
Sənəddə həmçinin müəllim-şagird münasibətləri öz əksini tapacaq
Hökumətin məktəb dərsliklərinin internetdə verilmiş materiallarla əvəzlənməsi təklifi birmənalı qarşılanmadı. Nəşriyyatlar və kitab satıcıları bunu minlərlə insanın çalışdığı sahəyə vurulan öldürücü zərbə kimi qiymətləndirdilər. Mən nəşriyyatlar və kitabsatanları başa düşürəm. Ancaq bunu da inkar etmək olmaz ki, bu əsasda nələrsə baş verib: onda gərək karet istehsal edənlər, atabaxanlar və faytonçular buxar maşınına, toxucular isə tikiş maşınlarına qarşı çıxaydılar.
İkinci etiraz: əgər bu baş verərsə, hər bir təhsilalana kompüter vermək lazım olacaq; çətin ki, hökumət bu qədər xərcin altına girə bilsin və xərclərin valideynlərin üzərinə qoyulması isə o deməkdir ki, onlar dərsliklə müqayisədə daha çox vəsait xərcləməli olacaqlar. Digər tərəfdən hər sinfə bir kompüterin verilməsi internetdən fərdi axtarışı məhdudlaşdıra bilər.
Əslində problem başqadır. İnternet dərsliyi əvəzləməməlidr, o çox üslublu şəkildə onu tamamlamalı və şagirdi daha çox oxumağa cəlb etməlidir. Kitab biliyin verilməsi və yayılmasının əsas aləti kimi qalmalı, məktəb dərslikləri əvəzsiz olaraq uşaqların kitabdan istifadə etmək imkanlarını artrırmalıdır. Bununla yanaşı İnternet rəngarəng informasiyaları təqdim edir, lakin onların seçimində süzgəci təmin etmir. Təhsilin məqsədi təkcə informasiyaların verilməsi olmamalıdr, həm də seçim kriteriyalarını izah etməlidir. Bu vəzifəni istisnasız olaraq müəllim və məktəb dərsliyi yerinə yetirir. Əgər biz uşağa mədəniyyətin üst-üstə toplananlar deyil, arıtma (seçim) olduğunu izah etməsək təhsil deyil, psixi gərginlik əldə etmiş olacağıq.
Dərslik ona görə dəyərlidir ki, o müəllimin nəzərindən qaçanları (tənbəllikdən və ya vaxt azlığından) bizim tərəfimizdən aşkara çıxarılmasına şərait yaradır.
Bununla yanaşı dərslik məktəb illərini daha həyəcanlı və faydalı şəkildə xatırlanmasına xidmət edir.
Əlbəttə ki, rəngli ilüstrasiyalı kitablardan imtina etsək, kitab yüngül və ucuz ola bilər. Tarix dərsliyindən Yuli Sezarın kimliyi haqqında oxuyun, sonra kompüterdə “Google İmage”də axtarış verib Sezarın təsviri, onun dövründə Romanın rekonstruksiya olunmuş zahiri görünüşü və diaqramlarla tanış olun. Əgər dərsliklərdə əlverişli saytların adları sadalansa və onlara daxil olub əlavə materiallarla tanış olsaq belə, bütün bunlar şagird üçün fərdi macəra rolunu oynayacaq. Müəllim şagirdinə izah etməlidir: Necə bilək ki, sayt ciddi və mötəbərdir, səthi materiallarla başımızı qatmır! Kitab və İnternet, Kitab və Tüfəngdən (kitab və tüfəng-ideal faşist. Faşizm dövründə könüllü tələbə hərbi qruplaşmanın devizi olub) daha yaxşıdır.
Sonda: məktəb dərsliyini ləğv etmək olmaz, internet şagird çantalarına sığışmayan ağır lüğətləri əvəz edə bilər. Ödənişsiz latın, yunan və digər lüğətləri çox vaxt itirmədən internetdən çəkmək mümkündür.
Əsas odur ki, kitab qalmalıdır.