vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ELM-TƏHSİL, DİN  
20:42 | 19 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1804 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cəzalar qüvvəyə minir

Nizam-intizamı pozanlara qarşı tədbirlər görüləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı inzibati tədbirlər tətbiq ediləcək. Son zamanlar məktəb-şagird münasibətləri, nizam-intizam və davranış qaydaları cəmiyyət arasında ciddi narazılığa səbəb olub.

Valideynlər də, müəllimlər də deyirlər ki, təhsil sistemindəki qaydalarda dəyişiklik olunmalı, təhsil müəssisələrində tərbiyəsizlik edən şagirdlər müəyyən vaxt ərzində məktəbdən uzaqlaşdırılmalı və xüsusi qayda əsasında cəzalandırılmalıdır.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, inzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiq ediləcək. Bu tədbirlər - müəllim baxışı, qeyri-verbal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideyn ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanması, psixoloqa yönləndirmə və üç əsas xəbərdarlıqdan ibarət olacaq.

Elnur Əliyev qeyd edib ki, məktəb şagirdlə münasibətinin düzələ bilməyəcəyindən əmin olduqdan sonra qırmızı qaydaya uyğun olaraq yerli icra hakimiyyəti orqanlarının nəzdində yetkinlik yaşına çatmayanlarla bağlı komissiyaya müraciət olunacaq, bundan sonra polis müfəttişi prosesə cəlb olunacaq. Sarı, narıncı, qırmızı qaydalar ictimai müzakirələrə açıq olacaq və yeni ildən məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək. (Xezerxeber.az)