
Distant təhsil müəmması
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Artan dövlət dəstəyinin ardınca təhsilin keyfiyyətini artırmağa çağırış
Ali pedaqoji təhsili olmayanlar yüzlərlə şagird yetişdirmiş müəllimlərə belə deyir
“Oxumaq, yazmaq, hesablamaq uşaqlarımıza insan olmağa kömək edəndə vacib olur”
Sistem fasiləsizliyə və insan sağlamlığına uyğun təşkil edilməlidir
Səriştəli valideyn olmağın vacibliyi, yaxud təhsildə alman modeli
Mini ətək, manikür-makiyaj, dikdaban ayaqqabı, saqqal, zinət, ...
Nizam-intizamı pozanlara qarşı tədbirlər görüləcək
... Yaxud kim deyir ki, yol həmişə böyüklərindi?
İnternet dərsliyi əvəzləməməlidr ...
Bu gün gözlə görə bilmədiyimiz qorxulu tendensiya
Məktəblərdə nə baş verir?
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
Sənəddə həmçinin müəllim-şagird münasibətləri öz əksini tapacaq
Birinciləri məktəbə necə hazırlamalı?
Paytaxt küçələrində sorğu...
Bəzi valideynlər dərsləri ikinci növbə olan övladlarının təhsildən geri qaldığını iddia edirlər.
Ölkədə yeni məktəb binaları tikilsə də, ikinövbəli təhsil sistemi hələ də mövcuddur. İşləyən valideynlər bildirirlər ki, hər tədris ili başlayanda övladlarının səhər növbəsində oxuması üçün məktəblərə müraciət edirlər. Onlar deyirlər ki, məktəbdən evə axşam qayıdan övladları yorğun olduğu üçün dərs öyrənə bilmirlər. Bu səbəbdən də əlavə pul ödəyərək onu repetitor yanına göndərməli olurlar.
Təhsil eksperti Kamran Əsədov deyir ki, şagird sıxlığına görə ikinövbəli dərslər əsasən paytaxt Bakıda təşkil olunur. Buradakı 320 məktəbdən 290-da dərslər ikinövbəlidir. Bu da şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsinə mane olur, dərsin keyfiyyətinə təsir edir.
Kamran Əsədovun sözlərinə görə, daha çox 3-8-ci siniflərdə ikinci növbə dərslər keçirilir. Sinif sayını artırmaqla bu problemi həll etmək olar.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, Bakıda və Abşeronda bu cür vəziyyətin yaranmasına səbəb şagird sıxlığıdır. Hətta bəzi məktəblərdə dərslər üçnövbəlidir. Lakin bunlar şagirdin hazırlığında heç bir rol oynamır.
Cəsarət Valehov qeyd edib, məktəblərdə daim şəraitə uyğun tənzimləmələr aparılır.