vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
11:43 | 8 fevral 2022 | Çərşənbə axşamı Məqaləyə 979 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təhsildə post-pandemiya travması

Məktəblərdə nə baş verir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Əbu Turxan yazır: “İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür. O, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır”.

Son zamanlarda gündəmi zəbt edən əsas mövzulardan biri təhsil sahəsində müəllim-şagird-valideyn münasibətlərinin pozulmasıdır. Hal-hazırda bu sosial-psixoloji üçbucağın dağılması cəmiyyət üçün böyük bir təhdidə çevrilir.Bu gün pandemiya bir qığılcım kimi cəmiyyətin hər bir sferasında cərəyan etməkdə olan problemləri işıqlandırır. Pandemiya dönəmi ailədaxili problemlərin artması buna nümunədir. Cəmiyyətimizin ən böyük qüsurlarından biri, düzgün və sabit ailə institutuna sahib olmamağımız, habelə gələcək nəslə mental və mənəvi dəyərlərimizi doğru aşılaya bilməməyimizdir.

Təhsil eksperti Məlahət Mürşüdlü bildirir ki, bəzən valideynlər də şagirdin müəllimə olan hörmətinin azalmasında əsas iştirakçı rolunu oynayırlar.

Özünə və qarşındakına hörmət və sevgi ailədən başlayır, məktəbdə öyrədilir.

Məişət qayğı və münaqişələrindən əziyyət çəkən valideynin, eləcə də müəllimin, qaçınılmazdır ki, aqressiya və sosial-psixoloji problemləri həm iş, həm də ailə həyatına böyük təsir göstərəcək.

Təhsil millətin dəyəridir-bu dəyəri qorumaq, mühafizə etmək və inkişaf etdirmək lazımdır. Təhsilə gedən yol da tərbiyədən keçir. Təhsil problemi bu dərəcə qabardıldığı halda, təlim-tərbiyə məsələsinin təşkilinə diqqət çəkmək lazımdır. Tərbiyəni formalaşdıran ilkin müəssisə bağçadır. Çox təəssüf ki, axır vaxtlar ölkə mediasını məşğul edən müəllimlərin azyaşlılara göstərdiyi zorakılıq və şiddətdir.

İnsanı düşünməyə vadar edən bir sual- bu cür nalayiq hərəkətlərə yol verən təlimçinin öz ailəsi, övladlarına münasibətinin necə olmasıdır. O hər kəsə eyni cür yanaşır yoxsa təkcə özgəsinə?

Pedaqoji proseslərin şərtlənməsi zamanı, istər bağça, istər məktəb müəllimlərinin ilk növbədə psixoloji hazırlıq keçməsi prioritet məsələlərdən biridir. Müəllimdən asılı olan amillər kimi, şagird və valideynin öhdəliyinə düşən amillər də var. Görkəmli pedaqoq A.S.Makarenko tərbiyə işini, ilk növbədə təşkilatçılıq işi adlandırırdı. Ədəb-ərkan qaydalarının mənimsənilməsi və primitiv nəzakət və əxlaq qaydalarının öyrədilməsi hər valideynin öncəliyi olmalıdır. Hər bir fərd davranışı ilə cəmiyyəti müəyyən mənada formaya salır.

Məktəblərdə onlayn təhsil sisteminə nəzarətin aşağı olması, tənzimlənə bilməməsi, nəticə etibarı ilə, onlayn təhsilin də gətirdiyi səhlənkarlıq və qapanma ilə uşaqlarda təhsilə qarşı yaranan yersiz rahatlıq illərdir üstüörtülü yatan bir problemi daha gün üzünə çıxartdı.

Təchizat əskikliyindən gileylənən valideynlər və bunu bəhanə olaraq görən şagirdlərin çoxalması işləri daha da çətinləşdirdi.

Nəhayət, demək olar ki, pandemiyanın domino effekti yalnız təhsil üzərində yox, siyasi, iqtisadi və digər sosial-mənəvi sferalarda hələ də hiss olunur.