vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
14:51 | 23 dekabr 2015 | Çərşənbə Məqaləyə 1051 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vəziyyət mürəkkəbdir...»

SOCAR: «Avropanın zavodları bizdən neft almır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın «Azeri Light» markalı nefti hazırda dünya bazarlarında hökm sürən mürəkkəb situasiyaya görə faktiki olaraq premiyasız, yəni daha ucuz neft markaları ilə eyni qiymətə satılır.

Bu barədə SOCAR-dakı mənbə «Fineko» agentliyinə (abc.az) bildirib.

Mənbənin bildirdiyinə görə, «Azeri Light» neftinin satışı FOB şərti əsasında hazırda əsasən sıfır premiya ilə satılır. Lakin bəzi partiyaları hər halda diskontla reallaşdırmaq mümkün olub.

FOB şərtinə əsasən satıcı malı limana çatdırmalı və alıcının tankerinə yükləməlidir. Bu zaman yükün limana çatdırılması və yüklənməsi xərci satıcının üzərinə düşür.

«Son iki ayda bizim premiya barrelə görə 3 dollardan sıfır dollara düşüb. Biz minusla işlməməməyə çalışırıq və təchizatı diversifikasiya edirik. Konkret olaraq Asiya bazarlarına daha çox neft satmağa başlamışıq»- mənbə deyib.

Situasiya həm də ona görə qəlizdir ki, dünya bazarlarında neftin ucuzlaşmasına görə Avropanın əksər neftayırma zavodları neft emalının maya dəyərini aşağı salır və bu səbəbdən daha ucuz, kükürdlü neft almağa üstünlük verir. «Azeri Light» kimi bahalı və «yüngül» neft növlərini almır.

«Bununla belə SOCAR-ın «Azeri Light» markalı nefti dünyanın bir sıra şirkətlərinə satmaqla bağlı uzunmüddətli, qarantiya altına alınmış müqavilələri var. Ona görə də indiki situasiya o qədər də narahatlıq doğurmur»- mənbə deyib.

Virtualaz.org saytı xatırladır ki, Avropa bazarlarında Azərbaycan neftinin alıcılarının azalması haqda bir neçə həftə əvvəl «Reuters» agentliyi də xəbər yaymışdı.

Xəbərdə deyilirdi ki, Səudiyyə Ərəbistanı Avropa bazarına ucuz neft çıxarmağa başlayıb. Nəticədə «Brent» və «Azeri Light» kimi nisbətən bahalı neft növlərinin satışı azalıb.