Dünyanı idarə edən güclər
Ebola virusu, «Azov» batalyonu və dünyada axan bir çox qanların arxasında duran - «Vanguard Group» korporasiyası
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də “dərhal”
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
Təxminən, dörd həftə əvvəl hərbi elmlər Akademiyasının hörmətli ekspertlərindən biri mənə sadə bir sual verdi. Hər yerdə - İraqda, Ukraynada, Afrikada müşahidə etdiyimiz qanlı hadisələrin arxasında kim durur...
Boynuma alıram: üç həftə yarımda ağacların arxasındakı meşəni görmədim. Metodoloji səhv: dünyanın müəyyən bölgəsindəki sabitsizləşdirmə ilə bağlı olan və bundan mənfəət götürən bütün korporasiyaların siyahısını çıxartdım, sonra isə uğursuzcasına onların arasında üfüqi bağlılıq axtardım.
Və budur, nəhayət ki, bu məsələ üzrə həqiqəti müəyyən etdim. Əlaqələr konspirasiyanın tələblərinə uyğun olaraq ciddi şəkildə üfüqi çıxdı. Qısa şəkildə iki aktual nümunəni araşdıraq: Qərbi Afrikada hemorragik Ebola qızdırması epidemiyası və Ukraynanın sabitsizləşdirilməsi. Ukrayna üzrə hemorragik qızdırmanın ekvivalenti kimi «qara adamcığazlar»ı – «Azov» adlı batalyonu götürək. Qənaətlər peşəkar qaynaqlardan gələn, ciddi şəkildə yoxlanmış və təsdiqlənmiş məlumatlara əsaslanır.
Ebola qızdırması üzrə faktlar. Təmassız üsulla ötürülən Zair ebolası virusu Qvineyada Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli laboratoriyasında Amerikanın «Gilead Sciences» biotexnoloji şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Epidemiyaya keçərək bir neçə ölkəni bürümüş xəstəliyin başlanğıcı həmin laboratoriyaya qədər izlənilir.
Səciyyəvidir ki, laboratoriyaya Müdafiə nazirliyi və yaxud ictimai səhiyyənin institutlarından biri yox, ABŞ-ın MKİ nəzarət edir. Epidemiya nəticəsində əsas mənfəəti əldə edən başqa bir şirkət ola bilər, lakin sxem haqda sonra və hələlik qısa şəkildə.
Qısa arayış: «Gilead Sciences»in mənzil qərargahı Kaliforniya ştatının Foster Siti şəhərində yerləşir. Nominal sahiblər, fiziki şəxslər: Dr. John C. Martin (prezident, baş direktor). Həmçinin: Norbert W. Bischofberger, John F. Milligan, Etienne Davignon, James M. Denny. Təhriflərdən yayınmaq üçün rus transkripsiyasından istifadə etmirəm. Gerçək nəzarət. Səhmlərin önəmli sahibləri: 3.Vanguard Group, Inc., qarşılıqlı yatırtım fondları - 3.Vanguard Total Stock Market Index Fund ... 9. Vanguard Institutional Index Fund.10. Vanguard 500 Index Fund. Qeyd: «Vanguard Group» qrup haqda sonra, lakin bu cür səhm sahibi firma direktorlar şurasında onun bütün tövsiyələrini yerinə yetirir və yaxud bütün dünyanı gəzir. Lakin «Vanguard» yatırım strukturu qazanc götürməkdənsə «Gilead Sciences»də qərarların qəbul edilməsinə imkan verir.
«Azov» batalyonu haqda faktlar. Əlbəttə, oxucuların əksəriyyətinə bu birləşmənin əməliyyat fəallığı yaxşı məlumdur, buna görə də dərhal onun təsisinə və maliyyələşməsinə keçirəm. Açıq qaynaqlarda bildirilir ki, həm maaşa duran yerli könüllülərdən, həm də Ukrayna DİN-in xüsusi təyinatlı milislərindən ibarət bu hibrid hərbi birləşmənin əsas sponsoru dnepropetrovsklu, 1963-cü il təvəllüdlü Kolomoyski İqor Valeryeviçdir. Hər şeydən göründüyü kimi, bu versiyanı RF hökuməti də rəsmən qəbul edib. Məsələn, RF xarici işlər naziri Sergey Lavrov keçən il avqustun 25-də Ukranadakı durum haqda mərbuat brifinqində oliqarxların pulu ilə yaradılmış və ancaq onlara tabe olan bölmələrdən danışdı.
Bir sıra fəal informasiya tədbirləri yolu ilə yayılmış bu versiya maska-əfsanədir. Cənab Kolomoyski bu hərbi birləşmənin əsas banisi və sponsoru - «Halliburton» şirkətinin qondarma fiqurudur.
Qeyd etmək lazımdır ki, Ukraynada bu müəssisənin neft-qaz hasilatı sahəsində servis xidmətlərinin törəmə tədarükçüsü – hərbi logistikada ixtisaslaşmış özəl hərbi şirkət «KBR» də fəaliyyətdədir. Bununla belə, «Azov» batalyonunun yaradılması və dəstəklənməsini mürəkkəb sxem vasitəsilə ana şirkət həyata keçirdib.
Cənab Kolomoyski neft hasil edən «Ukrnafta» vasitəsilə neft sahəsinə bağlıdır, lakin açıq qaynaqlar üzrə «Ukrnafta»nın «Halliburton»-la xüsusi sıx əlaqəsi izlənmir. Hətta elan edilib ki, cənab Kolomoyski bu aktivdən qurtulmağa can atır. Güman etmək olar ki, İqor Kolomoyski kommerisya üzrə yox, başqa xətlə «Halliburton»un (ya şəxsən Dik Çeyninin?) etibarını qazanıb.
Qısa arayış: «Halliburton»un mənzil qərargahları Texas ştatındakı Hyuston şəhərində və Dubayda yerləşir.
Nominal sahiblər, fiziki şəxslər. «KBR»-in keçmiş baş direktoru David John Lesar (prezident və baş direktor). Hər iki vəzifəyə Dik Çeyni tərəfindən təyin edilib. Həmçinin: James S. Brown, Jeffrey A. Miller, Joe D. Rainey, Mark A. McCollum.
Gerçək nəzarət. Səhmlərin ən mühüm institusional sahibi: 1.Vanguard Group, Inc. Səhmlərin ən müham sahibləri – qarşılıqlı yatırım fondları: 1.Vanguard Total Stock Market Index Fund. 2. Vanguard Institutional Index Fund. 3. Vanguard 500 Index Fund ... 6. Vanguard/Wellington Fund ... 9. Vanguard Specialized Energy Fund. 10. Vanguard Grows Index Fund.
Qeyd: Dik Çeyni «Halliburton»-dan formal gedişindən sonra öz gəlir payını «Vanguard»-ın səhmlər zərfi vasitəsilə əldə edir. Çeyni siyasi fəaliyyəti ilə bağlı öz sərvəti haqda müəyyən məlumatları açıqlamağa borclu olarkən "Vanguard» korporasiyasının sıradakı yatırım fondlarının səhmlərinin sahibi olduğu haqda məlumat verdi: VFIUX, VMLUX, VWSUX, VWIUX, VIPSX и VMSXX. O vaxtdan bəri özəl şəxsdir və məlumat verməyə borclu deyil.
Məsləhət: daha çox məlumatı NASDAQ-da yox, alman birjalarında tapmaq mümkündür, çünki Almaniyada qaydalar sərtdir.
Qeyd etmək zəruridir ki, «Vanguard» təkcə ABŞ-da iki trilyon dörd yüz milyard dollar yatırımla dünyada ən böyük qarşılıqlı investisiyalar fondudur.
Ağ Evlə (Dövlət Departamenti və s.-lə) «Halliburton» kimi böyük korporasiyanın lobbiçisi əlaqə saxlayırsa, ona böyük diqqətlə qulaq asırlar. «Vanguard»-ın təmsilçisi isə qapını, bizdə deyildiyi kimi, təpiklə açırsa, məmurlar onun qabağında mil dururlar.
Bir sıra əlamətlərə görə fikir yürüdəndə, MKİ direktoru Con Brennan («Vanguard»ın baş direktoru Con Brennanla qarışdırmamalı) birbaşa «Vanguard»da işləyir və Barak Obama məhz buna görə onu işdən çıxarda bilmir.
Ən böyük dünya fəlakətləri və sabitsizləşdirmə proseslərinin arxasında duran korporasiyalar haqda məlumatların «Vanguard»-ın səhmlər zərfi ilə tutuşdurulması zamanı hər yerdə misal gətirilən mənzərələrə bənzərlik müşahidə olunur. İp icraçıdan kənara yox, birbaşa mərkəzə - Malvernə, Pensilvaniyaya uzanır. Lakin «Halliburton», «Monsanto» kimi korporasiyaların və başqalarının həyata keçirdiyi cinayətlər Amerika və dünya KİV-də geniş müzakirə olunursa, «Vanguard»ın müqəddəs adı heç vaxt xatırlanmır.
Heç müzakirə etməli bir şey də yoxdur. «Vanguard» onu idarə edən fondlara və uyğun olaraq bu fondların yatırımçılarına məxsusdur. Bu yatırımçıların əsas olmayanlardan birinin adı artıq yuxarıda çəkilib. Lakin bu qurumda akkumliyasiya olunmuş maliyyə vəsaitinin administrativ resurslarla çulğaşması nəhəng dağıdıcı güc yaradır, çünki onun yatırımçılarının seçdiyi strategiya müəyyən mallara tələbatın süni şəkildə stumullaşdırılması əsasında qurulub.
«Vanguard»ın ümumi iqtisadi qüdrəti və siyasi nüfuzu dünyanın əksər dövlətlərinin ona qarşı durmaq imkanlarını üstələyir. Nəticədə dünyanın hər yerində qan axır və bir neçə tərəfdən təhlükəli sabitsizləşdirmə sərhədlərimizə yaxınlaşıb. Lakin söhbət çox varlı olsalar da, cəmi bir ovuc biznesmendən və istefadakı məmurlardan gedir. Bu mifik «dünya hökuməti», hətta NATO da deyil. RF Xarici Kəşfiyyat Xidmətinin bir neçə döyüşçüsü onların öhdəsindən gəlməyə bəs edər və qlobal ortadan qaldırmaya ehtiyac yoxdur – lakin bunun üçün olmayan siyasi iradə lazımdır. Rusiyanın mövcud dünya düzəninə indiki inteqrasiya səviyyəsi sürətlə hərəkət etməyə imkan vermir, buna görə də hətta «Vanguard»ın varlığından xəbərsiz əksər insanların qanı axmaqda davam edir. Lakin fövqəladə durumlarda vəziyyət dəyişilə bilər.
Rusiyada qaçılmaz fövqəladə durumun meydana çıxmasına hələ yetərincə vaxt qalır və bundan hazırlıq üçün istifadə etmək lazımdır. Fövqəladə durum ölkəmizdə hakimiyyətin dinc yolla dəyişməsindən öncə yaranacaq. Rusiya öz keçmiş ali rəhbərləri üçün heç də ən təhlükəsiz məkan deyil. SSRİ-nin axırıncı başçısı və Rusiyanın ilk prezidentinin ailəsi mühacirəti seçdilər və indiki prezidentin taleyinin başqa cür biçimlənəcəyini güman etməyə heç bir əsas yoxdur. Boris Nikolayeviç Yeltsinin ailəsi öz həyatı və xaricdəki əmlakı üçün özəl şəkildə rahatsız olmamaqdan ötrü ABŞ-a misilsiz xidmət göstərdi. Mixayil Sergeyiviç Qorbaçovun hətta xüsusi mülkü də yoxdur, halbuki Nobel sülh mükafatı və Almaniyanın birləşdiricisi statusu indi yaşadığı ölkənin hökuməti ilə problemlərə görə qorxmamağa əsas verir.
Vladimir Vladimiroviç Putin elə adam deyil ki, var gücü ilə hakimiyyətdən yapışsın və Kremldə ölsün. Nə vaxt duysa ki, münasib vaxt yetişib, hakimiyyətdən gedəcək və o da ölkədən tərk edəcək. Məsələ təkcə bundadır ki, Rusiya Putinin Nobel sülh mükafatına görə çoxmu bədəl ödəyəcək, yoxsa cüzi qanla keçinəcək?
Gözləmək lazım deyil ki, Putin ölkədən gedərkən «Vanguard»ın nəzarət etdiyi korporasiyalar çaqqal kimi Rusiyanın üzərinə atılacaq. Onlar artıq buradadır və pis qazanmırlar. Lakin ən xırda incəliklərədək bütün bunların necə işlədiyini və onlara qarşı necə uğurla durmağı anlayan liderin gedişindən istifadə imkanını əldən buraxmayacaqlar. Buna görə də Putinin gedişinədək qalan sakit illərdən ağılla istifadə etmək lazımdır. Bunun üçün birinci növbədə «Vanguard»-ın səhmdarlarının tərkibini, həmçinin korporasiyanın investisiya portfelini araşdırmaq lazımdır. Məsələn, onlar «Google» və yaxud CNN-ə nə dərəcədə nəzarət edirlər? Trendlər hansılardır? Pul qırtmaqdan ötrü harada öz yatırımlarını artırır, harada qüdrətli səhmdar rolu ilə kifayətlənirlər?
Əminəm ki, bu mövzulara bir daha qayıtmaq lazım gələcək.