vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
QARABAĞ  
16:48 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 993 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağ erməniləri qaçır

Məlumatı BMT-nin qaçqınlarla iş üzrə idarəsi yayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və qocalar evlərini tərk etmək məcburiyyətində qalıblar.

Virtualaz.org-un TASS-a istinadən xəbərinə görə, bunu jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Cenevrədə yerləşən Ali Komissarın Qaçqınlarla İş üzrə İdarəsinin (AKİQİ) məlumatlarına istinadən bildirib.

«AKİQİ məlumat verir ki, bu yaxınlarda Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlar nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və qocalar evlərini tərk etmək məcburiyyətində qalıblar. Köçkünlərin əsas hissəsi regionun şimal-şərq hissəsindəndir...», - deyə Düjarrik bildirib.

Qaçqınların bəzilərinin məlumatına görə, son 20 ildə zorakılıqdan qaçaraq bir neçə dəfə yaşayış yerlərini dəyişmək məcburiyyətində qalıblar.

«AKİQİ, həmçinin dinc sakinlər arasında itkilərin olması, evlərin və infrastrukturun dağıdılması barədə məlumat əldə edib», - deyə baş katibin nümayəndəsi bildirib.

İdarənin saytında yerləşdirilən məlumata görə, münaqişə tərəflərinə yeni məcburi köçkünlərə hörmətlə yanaşılması və humanitar ehtiyaclarının qarşılanmasında yardım təklif olunub.