
Kişilərin sayı azalır
Qadınların daha uzun ömürlü olması statistikaya təsir edir
Qadınların daha uzun ömürlü olması statistikaya təsir edir
Yaşlı qadın cərimədən necə yayındı?
Yaxşı işıqlandırılan, bol kameralı və çıxışa yaxın yerlərdə
Türk əsilli futbolçudan alman ifrat sağçılarına zərbə
Dünyanın ən uzun dilli qadını
11 yaşlı qız səhvən psixiatriya xəstəxanasına yerləşdirib ağır dərmanlar veriblər
“Bax gör, bu, Sən yazdığındır, ya sonradan kimsə dəyişib?”
Almaniya qadınlara qarşı zorakılıqla mübarizə üçün yeni cəza tətbiq edəcək
55 yaşlı çinli gəncləri geridə qoyub çempion oldu
Kişilərdə piylənmə riskini üç dəfə artıran evlilik ...
90 yaşına çatmış insanların qanında fərqlər aşkar edilib
“8 Martda kimlə bərabər olacaqlar? Klara Setkinlə?”
Yaxud dünyanın ən çirkin qadın yarışmasının qalibi Meri Ann Vebster
“Hər dörd ölkədən biri qadın hüquqları sahəsində geri addımlar atıb”
“Ev xanımı” yox, “evinin xanımı” olmaq
Onlar təbiətin özüdür
Qadının ağlı qırx toyuq ağlı qədərdir. Bu məsəli həyatımız boyunca ən azı yüz dəfə üzümüzə çırpıblar. Əlbəttə ki, zarafat ağırlıqlı işlədildiyini iddia edərək. Lakin heç kim bunun ən ağır təhqir olduğunu düşünməyə ehtiyac duymayıb. Kişilərin özlərini daha ağıllı hesab etmələri və qadınları daima aşağılamalarının arxasında özləriməxsus “tarixi faktları” var. İndi mən də tarixdən və faktlardan yola çıxacam və kişilərin “niyə qadınlar elm, fəlsəfə və kəşflərdə kişilərdən az uğur qazanıblar” kimi suallarına cavab verəcəm.
Qadının insan hesab edilmədiyi bir dövrdə təhsil alması, oxuyub yazma öyrənməsi qeyri-mümkün idi. Bizim eranın 998-ci ilində Vatikanda toplanan ruhanilər qadının insan hesab edilib-edilmədiyini müzakirə edirdilər. Həmin müzakirələr zamanı bir ruhani qadınların insan olduğunun Tanrı tərəfindən bəyan edildiyini iddia edir. İncildə dəfələrlə İsa Məsih “insan oğlu” adlandırılıb. Onun atası Tanrının özü olduğu üçün insan ifadəsi Məryəm anaya aid edilir. Beləliklə, Məryəm ananın sayəsində qadınların da insan olduğu Xristian ruhaniləri tərəfindən təsdiq edilir. Xristian aləmində qadınların fəlsəfə, kimya, fizika, əl-cəbr və bu kimi elmlərə yiyələnməsi qadağan idi. Qadınlar ancaq ədəbiyyat öyrənə bilərdilər.