
Qadın ərini güllələyib, ...
... basdırdığı yerdə güllər əkib
... basdırdığı yerdə güllər əkib
Ana olacağı ərəfədə hərəkətə keçdi
Hamiləlikdə keçirilən qrip körpənin ürəyinə təsir edir
Milyonçu maliyyəçiyə “işgəncə otağı” ittihamı
Cənubi Koreyada Çoi Mal-ja bəraət aldı
Almaniyada menstruasiya icazəsi müzakirəsi
Günlərinin yarısını su altında keçirən “Haenyeo”lar
Robot analar insan körpələri dünyaya gətirəcək
Başqa qadınla yazışdığı üçün ...
İtlərin Parkinson xəstəliyini iy ilə ayırd edə bildiyi aşkarlandı
Ən ucuz məhsul ən yüksək qiyməti alıb
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Almaniyada tək yaşayanların sayı sürətlə artır
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Gecə növbəsində işləyən qadınlar risk altındadır
Hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirdi
Bizim təbirimizdə dili uzunluq – yersiz danışan, hər kəsə cavab qaytaran bir növ tərbiyəsizlik kimi başa düşülür. Bu xəbərimizdə isə həqiqətən dil uzun olan birindən bəhs olunur.
34 yaşlı Kaliforniyalı Şanel Tapper dişlərini göstərməkdənsə, nəhəng dili ilə insanları təəccübləndirməyə üstünlük verir. Tapper dilinin uzunluğu ilə ətrafındakılarda qorxu yaratmaqdan böyük zövq alır.
Chanel Tapperin dilinin uzunluğu tam olaraq 9,75 santimetrdir. Bu, orta qadın dilindən təxminən 2 santimetr uzundur. Kişilərdə orta dil uzunluğu 8,5 santimetr olduğu halda, qadınlarda bu ölçü adətən 7,5 santimetr civarında olur. Tapper 2010-cu ildən bəri "dünyanın ən uzun qadın dili" rekorduna sahibdir. “Kimsə mənim dilimi görəndə ən yaxşı reaksiya qışqırmaqdır! İnsanların qışqırmasını, şoka düşməsini və ya dəhşətə gəlməsini sevirəm”, – deyib.
Chanel yalnız dilini danışmaq və dadmaq üçün istifadə etmir. “Ginnesin Rekordlar Kitabı” üçün bir kaskadyorda o, dili ilə Jenga bloklarını (konstruktorlu oyuncaq) yerindən çıxarıb, içi doluq plastik stəkanları aşırıb, burnuna toxunub və s.. “Mən kiçik, gülməli, axmaq şeyləri xoşlayıram. Dilimlə qeyri-adi hərəkətlər edə bilmək mənim ən çox həzz aldığım şeydir”, - o əlavə edir.
“Ginnesin Rekordlar Kitabı” sayəsində bir çox ölkəyə səfər etmək imkanı qazanan Tapper, digər rekordçularla görüşməkdən həzz aldığını deyir: “Bu, həqiqətən də əyləncəlidir və mən əvvəllər görmədiyim yerlərə gedirəm”.
Keçən il o, “Diesel” moda evinin kampaniyasında da iştirak edib. “Uğurlu yaşamağa xoş gəldiniz” şüarı layihə çərçivəsində keçirilən kampaniyada Tapper dilini mavi və yaşıl rənglərə boyadıb.