Qənirə Paşayeva AŞPA-da sərt danışdı
«Samvel Farmanyandan soruşun ki, Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı?»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
-
Paşinyan özünü ağıllı sayır ...
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Millət vəkili Qənirə Paşayeva AŞPA-da «Büronun İnkişaf qətnaməsi»nin müzakirəsi zamanı ön cəbhədə baş verən son hadisələrlə bağlı Azərbaycana qarşı ittiham dolu çıxış edən Samvel Farmanyana sərt cavab verib:
«Mən burada başqa bir çıxış edəcəkdim. Terrora qarşı birgə mübarizəmizin gücləndirilməsinin önəmindən, mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində daha nələr etməliyik onlardan danışacaqdım. Amma Ermənistan nümayəndə heyətinin üzvü Samvel Farmanyanın ölkəm əleyhinə söylədiyi yalanlara, ittihamlara cavab vermək, gerçəkləri sizə çatdırmaq istəyirəm. Mən sizlərə işğalçı Ermənistan hərbiçilərinin anasının gözləri önündə qətl etdiyi 16 yaşındakı Türanə Həsənlinin anasının, oğlunun gözləri önündə qətl edilən Dadaşov Qaraşın ailəsi və son günlərdə ön cəbhədə Ermənistan hərbiçilərinin atəşkəsi pozaraq qətl etdiyi və yaraladığı, evlərini dağıtdığı onlarla mülkü Azərbaycanlı ailənin çağrışlarını səsləndirmək istəyirəm. Aprel ayında Ermənistan atəşkəsi pozaraq mülkü azərbaycanlıları, kəndlərı hədəfə alaraq onları bir neçə mülkü vətəndaşı qətl etmiş, çoxlu sayda evləri dağıtmışdır. Bizim əlimizdə bunu sübut edən fotolar və videolar var. Ermənistan heyəti adına burada çıxış edən Farmanyan təəssüf olsun ki, Ermənistan ordusunun atəşkəsi pozmasına, törətdiyi cinayətlərə, qətllərə səssiz qalaraq həqiqətlə heç bir əlaqəsi olmayan açıqlamalar verir və dünya ictimaiyyətini yanıltmağa çalışırlar. Ermənistan ordusu 2 Apreldən başlayaraq Ermənistanın işğal etdiyi Azərbaycan topraqlarında qurduğu mövqelərindən atəşkəsi pozaraq Azərbaycan topraqlarına saldırdı. Bunu xüsusilə bilmənizi istəyirik. Azərbaycan və Ermənistan arasında yaşanan son olaylar, iki ölkənin sərhədində deyil, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Bu çatışmada mülkü insanlarımızı qoruyaraq həlak olan Azərbaycan əsgərləri, hərbiçiləri öz torpaqlarını qoruyurdu. Bəs Ermənistan əsgər və hərbiçiləri orada nə gəzirdi. Soruşun Farmanyandan ki sizin əsgərlərinizin o hadisələrin baş verdiyi yerdə, Azərbaycan torpaqlarında nə işi var idi? Mən burda sizin yanınızda soruşuram. Cavab versin görək nə işi vardı? Çünki Ermənistan işğalçılığını davam etdirərək hələ də Azərbaycan torpaqlarını işğaldan azad etmir. Mən Farmanyanın Qarabağ problemi ilə bağlı mövqeyinə görə AŞPA prezidenti Pedro Agramunta qarşı səsləndirdiyi ittihamlara kəskin etiraz edirəm. AŞPA prezidenti ədalətin yanında olaraq bu problemin həllinə, işğalın bitməsinə çağırır. Biz Assambleyamızı bu məsələyə daha çox diqqət ayırmağa, işğalın bitməsi üçün daha çox çalışmağa və işğalçı Ermənistana təzyiqə və ədalətin yanında olmağa çağırırıq».