vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
19:37 | 6 sentyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hərc-mərcliyin növbəti qurbanı

Erməni əsgərin Qarabağda ölməsi Yerevanı qarışdırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 6-da Yerevanda daha bir erməni hərbçinin dəfn mərasimi keçirlib.Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu, 19 yaşlı əsgər Araik Ordubekyandır. O, hələ sentyabrın 2-də Qarabağda öldürülümüşdü. Erməni tərəfi onun hərbi tapşırığı yerinə yetirərkən həlak olduğunu bildirib.

Məlumata görə, 2015-ci ildə hərbi xidmətə çağırılan Araik Ordubekyan bu ilin aprelində baş vermiş dördgünlük müharibədə atası Samvel Ordubekyanla birgə Azərbaycan Ordusuna qarşı vuruşub. Ata-oğul hələ bir əvvəl Qarabağa yollanıblarmış...

Yeri gəlmişkən, erməni əsgərin öldükdən 4 gün sonra torpağa tapşırılması Ermənistan cəmiyyətində müxtəlif suallar doğurub. Yerevanda əsgərin Qarabağdakı işğalçı orduda hökm sürən hərc-mərcliyin qurbanı olduğu qənaətindədirlər.

Məsələ burasındadır ki, onun haqqında son iki gün ərzində bir-birini təkzib edən məlumatlar yayılmışdı.

İlk olaraq erməni əsgərin ölümündə Azərbaycan tərəfi günahlandırılırdı. Hadisədən bir gün sonra isə Qarabağdakı separatçı rejim həmin əsgərin Azərbaycan tərəfindən öldürülmədiyini və baş verən hadisə ilə bağlı araşdırma aparılacağını bəyan etdi. Lakin bunun ardınca Araik Ordubekyanın hərbi tapşırığı yerinə yetirərkən həlak olduğu bildirildi.