vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
OLAY  
11:40 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2250 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tüklü» Bakıda gizlənir?

Hindistan polisinin axtardığı şəxsin Azərbaycana qaçdığı bildirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Hindistan polisi bu ölkədə başqalarının telefon nömrələri üzərindən qanunsuz beynəlxalq telefon danışıqları təşkil etməyə görə axtarışda olan 23 yaşlı Saqar Thakkarın bacısı ilə birlikdə Azərbaycana qaçdığını bildirir.

Virtualaz.org Hindistan KİV-lərinə istinadən xəbər verir ki, polis onun yaratdığı qanunsuz beynəlxalq telefon danışıqlar mərkəzində oktyabrın 4-də axtarış keçirib. Lakin orada deyiblər ki, Thakkar bacısı Reema ilə birlikdə Dubaya qaçıb. Bununla belə polis müəyyən edib ki, ləqəbi «Tüklü» olan telefon dələduzu Azərbaycana qaçıb və hazırda oradadır.

Thakkar Əhmədabad əyalətində fəaliyyət göstərən 10 nəfərlik qruplaşmanın rəhbərki olub. Qruplaşmanın daha üç üzvünün Tailanda qaçdığı bildirilir. Thakkarı Amerika ədliyyəsi də axtarır. ABŞ-da ona qarşı iki ayrı ittiham irəli sürülüb. İttihama əsasən Thakkarın əməllərindən Şimali Karolina və Texas ştatlarının sakinləri də zərər çəkib.