vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
OLAY  
19:00 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 2595 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəzi siqaretlər bahalaşdı

Tütün məhsullarının reklamı isə qadağan olunur

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məlumatlarının qiyməti artıb. «APA-Economics»ə xəbər verir ki, «Winchester» və «Viceroy» brendi altında istehsal olunan siqaretlər (bir neçə çeşiddə istehsal olunur) 10 qəpik bahalaşıb.

Digər tütün məmulatlarının qiymətində dəyişiklik yoxdur.

 

***

 

Sabah isə Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 2 qanuna ediləcək əlavə və dəyişiklər müzakirəyə çıxarılacaq.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

«Sabahkı komitə iclasında “Tütün və tütün məmulatlarının istehsalı” və ”Çayçılıq haqqında” qanunalara təklif olunmuş əlavə və dəyişiklər müzakirə olunacaq. Hər iki qanuna təklif olunan əlavə və dəyişiklər prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub».

Eldar Quliyev qanunlara ediləcək əlavə və dəyişiklərin xarakterindən danışıb:

«Əlavə və dəyişiklərin edilməsi ilə bağlı daxil olan hər iki qanunun «Reklam haqqında» qanuna uyğunlaşdırılması əsas müzakirə mövzusu olacaq.

Belə ki, bu dəyişiklərlə tütün məhsullarının reklamı qadağan olunacaq, çay məhsullarının reklamına isə müəyyən məhdudiyyətlər qoyulacaq».