Bankların vəziyyəti necədir?
Hesabatlar niyə gizlədilir?
Əkrəm HƏSƏNOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Almaniya biznesində ümid ...
İsveç uçot dərəcəsini son 14 ilin maksimumuna qaldırdı, Türkiyə isə əksinə
-
Faizlər niyə yüksəkdir?
Kreditə üz tutanların sayı artıb
-
“İlk 10-luqda olmayıblar”
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
-
Dollar krediti ilə bağlı BÖYÜK sirr
Bağlanmış banklarda dollar kreditləri üzrə prezidentin fərmanı niyə icra olunmur?
-
Kredit faizlərini kəlləçarxa çıxaran səbəblər
Dərəcələrin artmasını şərtləndirən xərc, risk və digər mənfi amillər ...
-
“Accessbank”ın böyük yalanı
Borclu sahibkarları tutduran, hədə ilə daşınmaz əmlaklarını əllərindən dəyər-dəyməzə alan bank qanunu pozaraq rəqəmlərini şişirdir
-
“Tikinti korrupsiyanın içindədir”
“İkinci yerdə banklardır”
-
50 gündən sonra əmanətlərin tam sığortalanması ləğv ediləcək
Uzadılma ehtimalı getdikcə azalır, əmanətçilər başlarına çarə qılır
-
6 aydan sonra əmanətlərin tam sığortalanması ləğv ediləcək
Bunun bankların nə vaxt bağlanması ilə nə əlaqəsi var?
-
Xalqı soyan lombardlar…
… Yaxud qanunsuz bank fəaliyyəti
-
Rəqəmsal bankçılıq strategiyası
“Fominov Konsalting” şirkəti bir sıra iri banklarda ciddi iş aparır
-
«DəmirBank»dan müştərisinə zərbə
Bankın daha bir fırıldağı üzə çıxdı, Zərbəliyev kampaniyada aldadılıb
-
Niyə bağlanmışdı, indi niyə açılır?
Palata valyutadəyişmə məntəqələri ilə mənasız qərarını gec də olsa dəyişdirdi
-
Yeni banklar bağlanacaq?
Palata: «Defoltla bağlı təhdidlər mövcud deyil»
-
«Zəmanət mexanizmi imkan verəcək ki, …»
Vüsal Qasımlı: «Bu addım bank sektorunu böhrandan çıxaracaq»
-
Pulları hansı bankda və necə saxlamaq lazımdır?
«Reklamlarına inanmayın, ən sərfəli təkliflər çətin vəziyyətdə olanlarda olur»
III rübün sona çatmasından 1 aydan çox vaxt ötür. Qanunvericiliyə əsasən banklar saytlarında rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını dərc etməli idi. Lakin 32 bankdan yalnız 10-u hesabatı açıqlayıb (açıqlayanlar da qanunvericiliyə zidd olaraq açıqlama tarixini göstərməyib). Xatırladıram ki, bu il bağlanan banklar da hesabatlarını daim gizlədirdilər. Buna görə də hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz. Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə bəzi banklar hesabatları təhrif edilmiş şəkildə təqdim edir.
Buna görə də bankların reklamına inanmayın. Ay nə bilim, kapitalı artırdıq, bunu etdik, ona nail olduq və s. Hamısı boş şeydir, əgər bank hesabatını gizlədirsə. Təəssüf ki, Maliyyə Bazarlarına Nəzarət Palatası da indiyədək bankların hesabatlarının açıqlanmasına nail ola bilməyib. Belə adi bir şeyin öhdəsindən gələ bilməyən Palata digər problemləri necə həll edəcək?!
Yaxşı xəbər yalnız odur ki, bu rübdə ölkəmizin ən şəffaf bankı məlum olub: «Bank
Avrasiya». Digərlərindən fərqli olaraq, bu bank hesabatları qanunvericiliyin tələbinə
uyğun olaraq rübdə deyil, ayda bir dəfə açıqlamağa başlayıb. Təqdirəlayiqdir!
Təsnifat 4 qrupdan ibarətdir:
1) hesabatı müntəzəm gizlədənlər,
2) hesabatı ilk dəfə açıqlamayanlar,
3) hesabatı uzun fasilədən sonra açıqlayanlar;
4) hesabatı dərc edənlər.
I qrup – hesabatlarını müntəzəm gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 21 bank: «Accessbank», «AGBank», «Amrahbank», «AtaBank», «Bank VTB», «Bank Respublika», «Bank BTB», «Dəmirbank», «Expressbank», «Günaybank», «KapitalBank», «Muğanbank», «Nikoyl Bank», «NBC Bank», «Naxçıvanbank», «PaşaBank», Pakistan Milli Bankının Bakı filialı, «Rabitəbank» və «XalqBank». Bunlar ən etibarsız banklardır. Bu qrupa həmçinin Azərbaycan Beynəlxalq Bankı və «AzərTürkbank» da aiddir. Lakin bu iki bank dövlət bankı olduğu üçün və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı olduğu üçün qanun pozuntusu olan hesabatın açıqlanmaması onların etibarsızlığına dəlalət etmir.
II qrup – rüblük hesabatını ilk dəfə açıqlamayan «Turanbank». Ötən rübün hesabatına görə bu bankın 0,8 mln. manata yaxın zərəri var idi. Yəqin, vəziyyət daha da pisləşib ki, bu bank hesabatını gizlətmək qərarına gəlib.
III qrup – uzun fasilədən sonra hesabatı
açıqlayan 2 bank:
1. «Bank of Baku»: ötən ilin IV rübündən
başlayaraq bu bank hesabatları dərc etməməyə başlamışdı. Səbəbi indi bəlli
oldu. Belə ki, ötən ilin III rübünü 44 mln. manatdan çox xalis mənfəətlə başa
vurmuş «Bank of Baku» son rübü 14 mln. manata yaxın zərərlə başa vurub. Belə ki,
bu bankın bəyan etdiyi real kapitalı hazırda 50,552 mln. manatdır. Qeydə
aldırdığı nizamnamə kapitalı isə 52,870 mln. manatdır. Beləliklə, bank qanunu
pozaraq nizamnamə kapitalının azaldılması tələbinə riayət etmir və 1 il ərzində
46 mln. manatdan çox pul itirib.
2. «Unibank»: ötən ilin II və III rübləri üzrə hesabatları tam dərc etməməyə (elə indi də «Bank of Baku»dan fərqli olaraq hesabatı tam açıqlamayıb), IV rübündən başlayaraq isə heç dərc etməməyə başlamışdı. Səbəbi indi bəlli oldu. Bu bank ağır itkilərə məruz qalıb. Belə ki, 2014-cü ili 55 mln. manatdan çox xalis mənfəətlə başa vuran Unibank son rübü təxmini 1,5 mln. manat zərərlə başa vurub (yəni hesabatları gizlətdiyi dövr ərzində 56,6 mln. manat pul itirib!). Belə ki, bu bankın bəyan etdiyi real kapitalı hazırda 69,113 mln. manatdır. Qeydə aldırdığı nizamnamə kapitalı isə 70,565 mln. manatdır. Beləliklə, bank qanunu pozaraq nizamnamə kapitalının azaldılması tələbinə riayət etmir. Bu bankın yol verdiyi digər qanun pozuntuları barədə də dəfələrlə məlumat vermişəm. Məsələn, onun Müşahidə Şurasının tərkibində 2 qardaş var, halbuki qanun bunu yasaq edir və s. və i.a.
IV qrup – hesabatlarını dərc edən 8
bank:
1. «Azərbaycan Sənaye Bankı» – 19
mln-dan çox xalis mənfəəti var (ötən rübdə 17 mln-dan çox idi).
2. «Caspian Development Bank» – 19
mln-dan çox xalis mənfəəti var (ötən rübdə 14 mln-dan çox idi).
3. «YapiKrediBank» – 14 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 13 mln-dan çox idi), amma sırf cari ildə
5 mln-dan çox zərərə məruz qalıb.
4. «AFB Bank» – təxmini 13 mln. xalis mənfəəti
var (ötən rübdə 8 mln-dan çox idi).
5. «Ziraat Bank» – təxmini 9 mln. xalis
mənfəəti var (ötən rübdə təxmini 7 mln. idi).
6. «Bank Silk Way» – 7 mln-dan çox xalis
mənfəəti var (ötən rübdə 1 mln-dan çox idi).
7. Bank Avrasiya: 6 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 4 mln-dan çox idi). Yuxarıda qeyd edildiyi kimi, bu bank digərlərindən fərqli olaraq hesabatları rüblük deyil, aylıq açıqlamağa başlayıb.
8. Bank Melli İran Bakı filialı – 15 mln-dan çox zərəri var (ötən rübdə 0,5 mln. manat zərəri var idi), məcmu kapitalı barədə məlumatı açıqlamayıb (görünən odur ki, məcmu kapital tələbini – 50 mln. manat – də pozur).
Sonda bir daha vurğulamaq istəyirəm ki, savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Maliyyə göstəricilərindən belə asılı olmayaraq. Özünüzdən və pulunuzdan muğayat olun!