vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
RƏY, REPLİKA  
13:51 | 15 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2756 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«SSRİ-nin bərpası mümkün deyil»

Ayaz Mütəllibov: «İqtisadi sferada böyük xeyirlər əldə oluna bilər»

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«SSRİ-nin bərpa oluna bilməsini demək düzgün deyil. Çünki SSRİ başqa bir dövlətlərə bənzəyən bir dövlət olmayıb. SSRİ unikal bir dövlət idi. İndiki siyasi və iqtisadi konyukturada SSRİ-nin bərpası mümkün deyil».

Bunu Modern.az saytına Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Rusiyanın postsovet məkanında güclənməsini şərh edərkən deyib.

Onun fikrincə, bununla belə, sovet məkanının yenidən bərpası mümkündür. Ayaz Mütəllibov bildirib ki, bununla da sovet məkanındakı inteqrasiya prosesləri daha da inkişaf edə bilər.

«Bunun da xeyirdən başqa heç bir zərəri yoxdur. İqtisadi sferada böyük xeyirlər əldə oluna bilər» –deyə o, əlavə edib.

Sabiq prezident ABŞ-ın da keçmiş SSRİ məkanındakı rolunu qiymətləndirib.

«Onsuz da biz SSRİ-nin bərpasından yox, proseslərdən danışırıq. Amerika okeanın o tayında, biz isə burdayıq. Bu regionda gedən iqtisadi proseslərin Amerikaya elə də bir aidiyyatı yoxdur.

Mən dediyim məqam böyük geosiyasətə də bir xələl gətirən amil deyil. Donald Tramp ABŞ prezidenti seçildi. Bu isə o deməkdir ki, Amerika ilə Rusiyanın münasibətləri xeyli yaxşılaşacaq. Çünki Amerikanın problemləri həddən atıq çoxalıb».