
9 may gəldi...
Biz faşizmlə 35 il döyüşdük
Biz faşizmlə 35 il döyüşdük
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Böyük qələbənin 80 illiyini qeyd etməyə hazırlaşan millətin qara ləkəsi
Azərbaycan 1000 illik türk hakimiyyətinin varisidir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Dünən Ermənistan Təhlükəsizlik Şurasının Baş Katibi Armen Qriqoryan bəyanatında iki ölkə arasında qüvvədə olan delimitasiya haqqında “sənəd” kimi 1929-cu il tarixini göstərib və qeyd edib ki 1991-ci ildə SSRİ dağılarkən 1929-cu ilin 29.800 kvadrat km ilə Ermənistan müstəqillik əldə etdi. Aydın məsələdir ki, Qriqoryan 1929-cu ilə aid olan heç bir kağız üzərində hüququ qüvvəsi olan sənədi ortaya çıxarda bilməz. Onun bu bəyanatının səbəbi faktı gizlətmək və danışıqlarda cığallıq etməkdən ibarətdir.
Əlbəttə ki, kommunistlərin 1920-ci ilin noyabrın 30 dan 10 il ərzində Azərbaycan torpaqlarını birtərəfli şəkildə Ermənistan SSR-ə bağışlamaları və bundan sonra iki ölkə arasında olan formal sərhədin hazırda danışıqlarda yol xəritəsi olmasından söhbət gedə bilməz.
Beləcə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan-Azərbaycan sərhədinin sovet vaxtından mövcud olması və 1991-ci ildə MDB-yə daxil olarkən qarşılıqlı tanınması barədə bəyanatı absurddur. Aydın məsələdir ki, Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir. Ona görə də, Ermənistan tərəfi SSR xəritələrinə istinad etmək istəyir. Son variant kimi, İrəvan Azərbaycan və Ermənistan SSR arasında 1984-cü il yanvarın 1-də müəyyənləşən sərhəd xəttinə istinad etmək istəyir.
Rusiya isə, ən son xəritələr haqqında danışarkən 1974-cü il SSRİ xəritələrinə əsasən Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını nəzərdə tutur. Vurğulamaq lazımdır ki, bu təklif Ermənistan tərəfinin də xoşuna gəlməmişdi. Belə ki, 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişiklikləri baş verib ki, bu dəyişikliklər SSRİ-n sonrakı inzibati-siyasi xəritələrində öz əksini tapmayıb.
Yuxarıdakı deyilənləri nəzərə alaraq 1991-ci il Alma-Ata sammiti zamanı qəbul edilən sərhəd xətti ciddi sual altına qoyulur. Belə ki, 1982-ci ildə Qazax rayonunun İcdar sahəsinin otlaqlarının bir hissəsinin, eləcə də Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsinin Ermənistana verilməsi qərara alınmışdı. Daha sonra isə, 1984-86-cı illərdə Qazax rayonunun İcdarında 2500 hektar otlaq sahəsi Ermənistana verildi.
Qeyd etmək lazımdır ki, XX əsrin 80-ci illərində ərazilərin verilməsi ilə bağlı bütün qərarlar Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi tərəfindən təsdiqlənməyib. SSRİ-nin dağılmasından sonra isə Azərbaycanda hakimiyyətə qayıdan prezident Heydər Əliyev Azərbaycan ərazilərinin Ermənistanın xeyrinə verilməsi ilə bağlı bütün hərəkətləri rəsmən qanunsuz elan etmişdi.
Beləliklə, SSR dövrü zamanı, 1920-ci ilin sonundan 1991-ci ilə qədər Ermənistana verilən bütün torpaqlar qeyri - qanunidir və bu məsələnin beynəlxalq arenada qabardılması indiki şəraitdə mümkünsüz kimi görünməməlidir.
Əgər söhbət Azərbaycan və Ermənistan arasında torpaqların tənzimləməsindən gedirsə o zaman, müstəqil aktorlar qismində 1920-ci ilə qədər hər iki dövlətin sərhədinə baxmaq lazımdır. Aydın məsələdir ki, SSRİ işğalı zamanı sərhədlərin dəyişdirilməsi birtərəfli və qeyri-qanuni xarakter daşıyıb. Hazırda Rusiyanın özünün bir çox qonşu dövlətlərin sərhədlərini 1920-ci il kontekstində sual altına qoyduğu, Qərbin SSRİ kommunist rejimini qanunsuz qara yara adlandırdığı bir zamanda Azərbaycanın delimitasiya ilə bağlı ən azından 1920-ci ilə qayıtması tutarlı arqumentlərlə doludur.
1920-ci ilin payızında Ermənistan bolşevik dövlətinin tərkibinə daxil olarkən 9 000 kv. km əraziyə malik idi. Buna görə də, hazırda Qərbin Ermənistanın ərazi bütövlüyü ilə bağlı həyəcan keçirmələrinin heç bir hüquqi və məntiqi əsası yoxdur.