vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ARAŞDIRMA  
10:18 | 4 dekabr 2022 | Bazar Məqaləyə 2541 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Stalinin şəxsi tərcüməçisi ...

... 43-cü ildə Tehranda keçirilən “Böyük üçlük” görüşünün təşkilatçısı olan azərbaycanlı

Zaur ƏLİYEV, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

Tarixi oxuyan çox insan Tehranda keçirilən Stalin-Ruzvelt-Çörçil görüşü barədə məlumatlıdır. Tehranda o dövrdə həm SSRİ, həm də İran tərəfdən azərbaycanlılar müxtəlif cür vəzifələrdə iştirak ediblər.

Uzun müddət kəşfiyyat orqanlarında çalışmış Məmmədhüseyn Əsədov, İsmayıl xan Şəfai kimi şəxsləri  adı bu gün bu barədə tədqiqat aparan şəxslərin əsərlərində səslənir. Məlumdur ki, SSRİ nümayəndə heyətinin 1943-cü ildə Tehran konfransında təhlükəsizliyinin və işinin təminatı üçün görülən tədbirlər sistemi Sovet rəhbərliyi tərəfindən şərti olaraq “30-cu istiqamət” adını almışdı. Bunun üçün də xüsusi qrup hazırlanmış idi. Bu qrupa daxil olan şəxslərdən biri də Zeynalov İsa Zeynalabdin oğludur. Onun haqqında uzun illər idi məlumatlar gizli saxlanırdı. Əldə olunan məlumatlara görə, Zeynalov İsa 1905-ci ildə Bakıda anadan olub. Rus, fars, türk dillərini mükəmməl bilib, dəmiryol qoşunları kapitanı hərbi rütbəsini daşıyıb. 1941-ci ildə İrana ezam edilib  və burada çalışıb. Siyasi işçi vəzifəsində İranda çalışan kapitan Zeynalov İsa tərcüməçi və siyasi təbliğat işləri görüb. 1943-cü ildə Tehranda üç nəhəng dövlətin rəhbərlərinin görüşünün təşkilatçılarından biri olub. Stalinin Tehrana gəlməsi və burda təhlükəsizliyindən cavabdeh olan adamlardan biri kimi İranda olan siyasi prosesləri təhlil edib ona təqdim edib. Stalin qatarla Tehrana gələndə onu müşayiət edib. Onun şəxsi danışıqlarında tərcüməçi kimi iştirak edib. Tehran danışıqlarında Sovetlər tərəfindən həm tərcüməçi, həm də Amerikalıların “Lend Liz” qanunun hazırlanmasında iştirak edib. Adolf Hitleri məğlubiyyətə uğratmış qanunun SSRİ-nin xeyrinə maddələr salınmasına nail olub. O, eyni zamanda İranda yaşayan milyonlarla azərbaycanlının hüquqlarının da qorunması məsələsini gündəmdə saxlayıb. Amerikalılar ilə mütəmadi ünsiyyətdə olan Zeynalov İsa Stalinin əmri ilə ikinci dünya müharibəsinin sonuna qədər Tehranda çalışıb, onların nümayəndəsi kimi bütün proseslərdə iştirak edib. Müharibədən sonra Bakıya qayıdıb və Bakı dəmiryol İdarəsində kadrlar şöbəsinə rəhbərlik edib.

1970-ci ildə təqaüdə çıxan İsa Zeynalov 1980-ci ildə dünyasını dəyişib.