Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:53 | 8 aprel 2022 | Cümə
Məqaləyə 1161 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın Penza şəhərində ingilis dili müəlliməsinə cinayət işi açılıb. Şagirdləri Rusiyanın Ukraynaya qarşı müharibəsilə bağlı onun tənqidlərini gizli yayıblarmış. Müəllimlərin, fəalların üzləşdiyi anonim donoslar sovet diktatoru İosif Stalin dövrünün qaranlıq səhifələrini yada salır.
45 yaşlı müəllimə İrina Gen düzgün hərəkət etdiyini düşünür. “Buna görə təəssüf eləmirəm. Yeganə problem odur ki, uşaqların beyninə təsir göstərə bilməmişəm”, – o söyləyir.
Gen martın 18-də səkkizinci sinif şagirdlərilə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə edib. Şagirdlərdən biri onun səsini yazaraq ictimailəşdirib. Müəllimə “Rusiya silahlı qüvvələri haqda saxta informasiya” yaymaqda suçlanır. Gen 15 ilədək həbsə məhkum edilə bilər.
Prezident Vladimir Putin martın 16-da hökumətin iclasında cəmiyyətin “təbii və vacib özünütəmizləmə”sindən danışıb. “Donos dövrünə çatmışıq. Bunu yaxşı anlayırıq”, – Gen deyir.
O 10 il işlədiyi məktəbdən çıxıb, “belə bir xoşagəlməz şeyin baş verdiyi məktəbdə işləməyin yaxşı bir şey olmadığını” söyləyir.
***
Həştərxanda isə riyaziyyat müəlliməsi Yelena Baybekova aprelin 1-də işdən çıxarılıb.
Məktəb direktorunun sözlərinə görə, adları çəkilməyən şagirdlər müəllimənin dərsdə “siyasi müzakirələr” aparmasından şikayətləniblər. Baybekova şikayəti göstərməyiblər.
Baybekova boş vaxtlarında müharibəyə qarşı nümayişlərə qoşulduğunu desə də, məktəbdə siyasətdən danışığını inkar edir. Onun dediyinə görə, məktəbdən onu dissident siyasi baxışlarına görə uzaqlaşdırmağa çalışırdılar: “Mənə qarşı ittihamlar tamamilə quraşdırılıb. Məktəb direktoruna dedim ki, indi 1937-ci ildə donosları yazanların kimə bənzədiyini bilirəm. O da cavab verdi ki, o da faşistlərin və vətəni satanların kimə bənzədiyini bilir”.
Stalinin “Böyük Terror”u milyonlarla sovet vətəndaşının müxtəlif bəhanələrlə saxlanması, güllələnməsi ilə sonuclanıb.
***
1982-ci ildə sovet jurnalisti və yazıçısı Sergey Dovlatov “Zona” əsərində yazırdı: “Biz sonsuz olaraq Yoldaş Stalinə lənət oxuyuruq, düz də edirik. Amma soruşmaq istəyirəm – 4 milyon donosu kim yazıb?... Onları sadə sovet adamları yazırdı”.
Sibirin Neryungri şəhərində tarix müəllimi Andrey Şestakov, Korsakov şəhərində ingilis dili müəlliməsi Marina Dubrova oxşar səbəblərdən işdən çıxarılıblar. Bir şagird Dubrovanın dərsdə müharibəni müzakirə etməsini yazıb və valideyni də şikayət göndərib. Müəllimə “saxta” informasiya yaymağa görə 30 min rubl (360 dollar) cərimələnib.
Dubrova deyib ki, Ukraynadakı müharibəni müzakirə edəndə şagirdlərin qəzəbindən “dəhşətə gəlib”.
Kreml bu müharibəyə “xüsusi hərbi əməliyyat” deyir.
***
Rusiyada təkcə müəllimlər deyil, digər vətəndaşlar da donosla üzləşirlər. Nalçik şəhərində bir cütlük kafedə Ukraynada ərazi müdafiə qüvvələrində xidmət edən qohumlarının ölümündən danışırlar. Yaxınlıqda əyləşən dörd qadın cütlüyü söyür, dərhal polis çağırır. Polis əməkdaşı cütlüyü saxlamaqdan imtina edir. Qadınlar onda FTX-yə (Federal Təhlükəsizlik Xidməti – ФСБ - Федеральная Служба Безопасности) müraciət edir. Təhlükəsizlik xidməti əməkdaşı da onları həbs etməkdən imtina edir. Bu zaman qadınlar polisə ikinci dəfə zəng edir. Bu dəfə polis əməkdaşı Oksana və Aleksandra “xırda xuliqanlıq” ittihamı yazıb. Aleksandr sonradan “saxta” informasiya ittihamı ilə üzləşib, guya polisə deyibmiş ki, Rusiya ordusu Ukraynaya qanunsuz girib. Ona 30 min rubl (360 dollar) cərimə kəsilib.
“Donosların artacağı gözləniləndir”, – Rostov-na-Don şəhərində yaşayan insan haqları fəalı Rostislav Pavlişçev deyir. Onu da dekabrda anonim donos əsasında saxlayıblar.
“Bəzi hallarda anonim donosları çox güman elə polis özü yazır. Digər hallarda ərizəçilər dövlət sektorunun qorxudulmuş işçiləridir, polis, ya da müdirləri onları donos yazmağa vadar edir. Bəzi donosları Antiekstremizm Mərkəzi ilə əməkdaşlıq edən saxta ‘fəallar’ yazırlar. Müxtəlif ssenarilər var, amma hamısı gözləniləndir və bir şeyə söykənir – qorxuya”, – fəal söyləyir.