vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TÜRK DÜNYASI  
16:05 | 12 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1234 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

80 il əvvəlki Çerek qətliamı

Sovet əsgərləri 1500-ə qədər balkarı necə öldürdü?

YADİGAR

MÖVZU İLƏ ƏLAQƏLİ

1942-ci ilin yayında Qafqaz uğrunda döyüşlər başladı. Şimali Qafqazın hər yerində olduğu kimi Balkariyada da almanların yaxınlaşmasından istifadə edib sovet hakimiyyəti əleyhinə çıxan, silahlı dəstələr yaradıb dağlara çəkilənlər vardı. Bu dəstələr əsas qoşundan ayrı düşüb geri çəkilən hərbi qruplara hücumlar edir, əsgərləri öldürür, silah və texnikanı ələ keçirirdilər.

Belə hadisələrdən biri noyabrın 22-24-də baş verdi. Yuxarı Balkariya kəndi yaxınlığında qaçaqlar əsgərlərə hücum edərək bir neçəsini öldürdülər, atıcı silahlarla yanaşı zenit topunu ələ keçirdilər. Bundan sonra 37-ci ordunun komandanlığı NKVD-nin 11-ci atıcı diviziyasına ərazini qaçaqlardan təmizləməyi əmr etdi. Diviziya komandiri də bu işi kapitan Nakinin rəhbərlik etdiyi xüsusi dəstəyə tapşırdı.

Nankinin dəstəsi partizanlarla birlikdə noyabrın 28-ə keçən gecə əməliyyata başladı. Bu əməliyyat Çerek dərəsində yerləşən beş kənddə - Yuxarı Balkariya, Yuxarı Çeqet. Sautu, Kunüm, Qlaşevo - əhalini ucdantutma qırmaqdan ibarət oldu. Heç bir şeydən xəbəri olmadan yatan insanların evinə soxulan əsgərlər sorğu-sualsız kişi-qadın-uşaq fərq qoymadan hamını güllələdilər.

Noyabrın 30-a kimi davam edən qətliamda 1500-ə qədər balkar öldürüldü. Nankin özü diviziya komandirinə göndərdiyi məlumatda etiraf edirdi ki, öldürülənlərdən “90 nəfəri bandit, 400-ü silah tuta biləcək kişilər, qalanları isə qadın və uşaqlardır”. Diviziya komandiri də bu məlumatı sakit qarşıladı.

SSRİ-də bu hadisə haqqında danışmaq qadağan idi. Sovet hökuməti almanların 149 nəfər öldürdükləri Belarusun Xatın kəndində böyük bir memorial kompleksi yaratdı, amma Çerek cinayəti ört-basdır edildi və kimsə cəzalandırılmadı.