vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
17:58 | 15 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 3002 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kirayə evlər bahalaşıb

Bakının mərkəzi ilə, kənarlarda qiymət fərqi qalmayıb?

MÖVZU İLƏ ƏLAQƏLİ

Paytaxtda kirayə ev bazarında bahalaşma müşahidə olunur. Baku.ws xəbər verir ki, bu ilin mart ayı Bakı şəhərinin kirayə mənzil bazarında aktivlik səviyyəsinin nisbətən aşağı düşməsi, ümumilikdə isə kirayə mənzil qiymətlərinin enməsi baş vermişdi.

Lakin yeni dərs ilinin başlanması ərəfəsində Bakının kirayə mənzil bazarında canlanma yaransa da, sonradan bu proses zəiflədi. Son bir neçə gündə apardığımız araşdırmamız zamanı məlum olub ki, kirayə ev bazarında qiymətlər yenidən qalxıb.

Daşınmaz əmlak bazarının fəal iştirakçılarından əldə etdiyimiz məlumata görə, yerindən asılı olaraq, evlərin qiymətində təxminən 50-100 manat bahalaşma müşahidə olunur.

Yeri gəlmişkən, 1000 manata və daha baha kirayə verilən mənzillərin qiymətləri isə əksinə ucuzlaşıb. Çünki bu sahədə icarəçi qıtlığı var.

 

Bahalaşma ən çox hansı ərazilərdədir?

 

Makler Fərid Abbasov bizimlə söhbətində deyir ki, əvvəllər Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu stansiyaları istiqamətində hər bir şəraiti olan 2 otaqlı evlər 300 manata kirayəyə verilirdisə, indi bu qiymətlər 350-400 manata qədər bahalaşıb.

Hətta köhnə binalarda 250-350 manata verilən 1-2 otaqlı mənzillərin kirayə qiyməti  indi 400- 450 manat arasında dəyişir.

 

Bahalı mənzillər niyə ucuz verilir?

 

Makler deyir ki, indiyə qədər 600-1200 manat və daha baha təklif edilən kirayə mənzillər isə əksinə ucuzlaşıb. Buna səbəb həmin qiymətlərə icarədar tapılmamasıdır.

«Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən bahalı evləri kirayə götürən az olur. Ona görə də  həmin mənzillər ucuzlaşıb».

«Şəhərin mərkəzində 2 otaqlı orta təmirli mənzil 400-450 manata təklif olunur. Lakin bir az şəhərdən bir az kənarda 400-450 manata super təmirli, hər bir şəraiti evi olan mənzil kirayələmək olar. Amma indi kənarda olan evlərin də qiymətində 50-100 manat bahalaşma müşahidə olunur».

Makler sonda onu da əlavə edib ki, yerindən asılı olaraq, paytaxtda mənzillər 50-100 manat bahalaşıb.