vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
20:00 | 20 noyabr 2016 | Bazar Məqaləyə 801 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Merkel seçkiyə gedir

Almaniya kansleri marafona dördüncü dəfə qatılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya kansleri Angela Merkel dördüncü dəfə seçkilərə qatılacağını deyib, mühafizəkar partiya üzvləri bildirib. 62 yaşlı xanım Merkelin bu barədə bazar günü Xristian Demokratik Birliyi partiyasının mənzil-qərargahında açıqlama verəcəyi bildirilir.

Almaniyada ümümxalq seçkiləri gələn il baş tutacaq.

Rəy sorğularında xanım Merkelin reytinqləri aşağı düşsə də, onu dəstəkləyənlər hələ də az deyil.

O bu ilin əvvəlində regional seçkilərdə uduzub və populist sağçı AfD partiyasının tənqidləri ilə üzləşib.

Sorğuların nəticələrindən sonra o bildirib ki, bir neçə ştatda uduzmağına görə məsuliyyəti qəbul edir.

O 2005-ci ildən Almaniyaya rəhbərlik edir.

Almaniya qanunları istənilən şəxsin istənilən qədər rəhbər vəzifəyə seçilməsinə məhdudiyyət qoymur.