vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
SAĞLAMLIQ  
20:07 | 20 noyabr 2016 | Bazar Məqaləyə 2537 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gec doğanlar daha ağıllı olurlar?

Natamam hamiləliyin zehni qabiliyyəti yaxşılaşdırması qəribə tapıntıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Independent» yazır ki, dünyaya daha gec övlad gətirən qadınlar qocalıqda daha güclü qavramaya malik olurlar. Yeni araşdırma göstərib ki, uşağa qalmamaq üçün 10 il və ya daha uzun müddətdə hormonal kontraseptivlər qəbul etmiş qadınların qavraması daha kəsərli olur. Alimlər eyni sözü menstruasiyaları 13 yaşından tez başlamış qadınlara da aid edirlər.

Bu da bəlli olub ki, övladını dünyaya 35 yaşından sonra gətirən qadınlar həm də daha yaxşı söz yaddaşına malik olurlar. Yenicə aparılmış tədqiqatın nəticələrinə görə ilk hamiləlikləri 24 yaşından sonraya təsadüf edən qadınlarda icra funksiyası daha yaxşı inkişaf etmiş olur. Başqa sözlərlə belə qadınlar daha diqqətli olur və problemli vəziyyətlərdən daha yaxşı çıxırlar.

«The İndependent» yazır ki, nəticələri «Journal of the American Geriatrics Society» məcmuəsində dərc olunmuş tədqiqat son hamiləliklə menopauzadan sonrakı dövrdə qavrama funksiyası arasında əlaqəni öyrənən ilk araşdırmadır.

Cənubi Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin professoru Roksana Kərim deyir ki, qadınlara bir qayda olaraq son hamiləliyi 35 yaşından əvvəl məsləhət görürlər, lakin digər tərəfdən gec hamiləliklə qocalıqda daha yaxşı zehni qabiliyyət arasında real əlaqə olduğu üzə çıxıb.

Belə nəticəyə gəlinməsi üçün aparılan təcrübədə yaşı 60-ı keçmiş 830 qadın iştirak edib. Onların analıq yaşı qeyd olunmaqla onlara müxtəlif testlər veriblər.

Elmi dildə deyilsə, məlum olub ki, ostrogen və progesterone adlı hormonların təsirinə daha uzun müddətdə məruz qalmış qadınlarda post-menopauza dövründə əqli tənəzzülün sürəti yavaşımış olur.

Eyni nəticəni ilk aybaşısı daha erkən yaşda başlamış qadınlar da göstəriblər. Doktor Kərim deyib ki, buna səbəb belə qadınların daha uzun müddətdə qadınlıq hormonu yaratmasıdır.

Alimlərin gəldiyi daha bir nəticə budur ki, uzun müddətdə hamiləliyə qarşı preparatlardan istifadə etmiş qadınlarda da ahıl yaşlarda qavrama qabiliyyəti daha yaxşı vəziyyətdə olur.

Maraqlıdır ki, uşağı 9 aydan əvvəl doğmuş qadınların da sonrakı yaş dövründə daha iti zehinə malik olduqları kəşf edilib.

Araşdırmanın müəlliflərindən Vendi Mak deyib ki, natamam hamiləliyin zehni qabiliyyəti yaxşılaşdırması qəribə tapıntıdır.

O bunu da əlavə edib ki, təcrübə guya hamiləlik zamanı yaddaşın zəiflədiyi barədə əvvəlki nəticələri rədd edir.