

Kişilərin hamilə qadın qoxusuna daha çox cəlb olunduğu nəzəriyyəsi təkzib edilib
Uşaq doğuşu statistikası 90-cı illərin səviyyəsinə çatır
(hekayə)
Qız valideynləri və ekspertlər selektiv aborta qaçan ailələrə səslənirlər
B3 hansı qidalarda mövcuddur?
Azərbaycanda abortun və süni mayalanmanın reklamı qadağan olunub
Ekspertlər «cinsi maarifləndirmə daha çox olmalıdır» deyirlər
Qadının qan təzyiqi onun oğlan, yoxsa qız doğacağını göstərə bilər?
Natamam hamiləliyin zehni qabiliyyəti yaxşılaşdırması qəribə tapıntıdır
Hamiləlik testi reklamları yığışdırılır
Çin alimləri qadınlarda hamiləlik prosesini dayandıracaq və körpələr doğulmadan mümkün xəstəliklərini aşkar edəcək sistem təkmilləşdirirlər. Süni intellekt ilə idarə olunan bu sistem ana bətnindəki mühiti xarici dünyaya daşıyır. Körpələr bu süni bətndə böyüyə biləcəklər.
Çinin “Suzhou Biotibbi” Mühəndislik və Texnologiya İnstitutunun alimləri tibb tarixinə düşəcək araşdırma aparıblar. Süni intellektin idarə etdiyi süni uşaqlıq yaratmağa müyəssər olan mütəxəssislər apardıqları araşdırmalar nəticəsində uşaqlıqda embrion yetişdirməyə nail olublar. Sistemin yaxın gələcəkdə insanların istifadəsinə veriləcəyi bildirilir.
Alimlərin çalışmaları nəticəsində ana uşaqlığının mühitini sözün əsl mənasında kopyalayıb. Bu, bir embrionun süni bətndə inkişaf etməsinə imkan vermişdir. Embrionun sağlam inkişafı üçün lazım olan bütün molekullardan istifadə edən və onların ötürülməsini Süni İntellekt ilə həyata keçirən elm adamları bu araşdırma ilə qadınları hamiləlik prosesindən xilas edə biləcəklərinə inanırlar. Üstəlik, bu sistem sayəsində ana bətnində ola biləcək xəstəlik riskləri aradan qaldırılır. Çünki sistem embrionu hər an izləyir.
Ancaq bu məsələdə diqqət çəkən bir məqam var. İnsan embrionunu aylarla ana bətnindən kənarda saxlamaq beynəlxalq hüquqa görə qadağandır. Bu xüsusda alimlərin əl-qolunu bağlayır. Əngəlin yaxında hüquqi olaraq aşılacağına ümid edilir…