vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
14:08 | 14 yanvar 2017 | Şənbə Məqaləyə 2958 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cinsi müəyyən etməyin yeni üsulu

Qadının qan təzyiqi onun oğlan, yoxsa qız doğacağını göstərə bilər?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, qadının şirniyyata can atması, səhərlər ürəyinin bulanması və qarnının qarpızşəkilli olması onun qız uşağına hamilə olduğunun göstəricisi sayılır.

Lakin yeni tədqiqatdan bəlli olub ki, bunlardan da dəqiq göstərici qadının qan təzyiqidir. Həm də qan təzyiqi hələ qadın uşağa qalmazdan əvvəl də onun hansı cinsdən olan uşağa qalacağını göstərə bilir.

Kanada alimləri müəyyən ediblər ki, qadının uşağa qalmazdan 26 həftə əvvəlki sistolik (yuxarı) təzyiqi onun gələcək uşağının cinsini müəyyən edir.

Yüksək qan təzyiqi qadının oğlan uşağına hamilə qalacağının siqnalı sayılır. Təzyiqin aşağı olması isə əksinə, dünyaya qız uşağının gələcəyini göstərir.

Torontodakı Munt Sinay (Mount Sinai) xəstəxanasından endokrinoloq doktor Ravi Retnakaran deyib ki, bu yeni araşdırma qan təzyiqi ilə doğulacaq uşağın cinsiyyəti arasında bu vaxtadək bilinməyən əlaqə faktorunun mövcudluğunu göstərir.

Alimlər qrupu bu nəticəyə təsadüfən, insan populyasında qız və oğlanların say nisbətinin səbəblərini araşdırarkən gəlib.

Bir neçə araşdırmada müharibələr, təbii fəlakətlər və iqtisadi depressiyaların doğulan oğlan və qızların sayı nisbətinə necə təsir etdiyi öyrənilmişdi.

Bu hallarda nisbət ona görə pozulurdu ki, bir cinsin sağ qalmaq üçün digər cinsdən şansları daha çox olurdu.

Bu zaman cins nisbəti 50:50 nisbətində qalsa da, doğuş nisbəti hansı cinsin daha güclü olmasına görə dəyişirdi.

Alimlər belə bir nəticəyə gəliblər ki, aşağı təzyiq oğlan dölünün sağ qalması, yüksək təzyiq isə qız dölünün sağ qalması üçün əlverişsiz şərait yaradır. Bu araşdırma üçün 1411 təzəcə ərə getmiş çinli qadın üzərində onlar uşağa qalmazdan 26 həftə əvvələdək müşahidə aparılıb.

Qadınlar ümumilikdə 739 oğlan və 672 qız doğublar. Bu zaman bir daha təsdiqlənib ki, oğlan doğan qadınların sistolik arterial (yuxarı rəqəm) qan təzyiqi daha çox olub.

«Liverpool» Qadın Xəstəxanasından qadın münbitliyi eksperti Çarles Kinqsland (Charles Kingsland) deyir ki, bu tədqiqat olduqca maraqlıdır, lakin qadınların irqi fərqlərini nəzərə almır.

Bu fərqlər Qafqaz və ya Afro-Karib tipli qadınlara da şamil edilə bilərmi? - deyə sual edib ekspert.

Tədqiqatın nəticələrinə şübhə ilə yanaşan başqa alimlər də var.

Londondakı Hammersmith xəstəxanasının reproduktiv təbabət və cərrahiyyə eksperti Qeofrey Tryu (Geoffrey Trew) deyir ki, əvvəllər belə bir şey eşitməyib.

«Təbiətən çox dəyişkən və fərqli olan qan təzyiqinin hamiləlikdən 26 həftə əvvəl doğulacaq uşağın cinsiyyətini diktə etdiyinə inanmaq çətindir.

Bəzi reptiliya növlərində dölün cinsiyyəti onun erkən inkişaf mərhələsində hava temperaturundan asılı olaraq dəyişə bilir. Amma bu, əlbəttə hamiləlikdən 26 həftə əvvəl baş vermir» - deyib doktor.