««MTN işi»ndən Abutalıbovun da adı çıxacaq»
«Əli Abbasov indiki nazirlər arasında ən fağırlarından idi»
Ağa AKİFOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Heç bir gecikmə olmayıb”
“Azərsu” Meriyanın ittihamlarına cavab verdi
-
Deputatdan narazılıq
“Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?”
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Bakıda söküntü skandalı
İstintaqa cəlb olunanların siyahısı böyüyə bilər
-
“Hər hansı təsəvvür yoxdur”
Meriya prezidentin imzalayacağı sərəncamı gözləyir
-
Gül bayramı ləğv edilib?
Bakı Meriyasından açıqlama
-
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
-
«Reket»in beləsi görülməyib
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
-
«Mən Eldar Mahmudovun üzünə durmamışam»
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
-
Abutalıbov üçün istefa hazırlığı
İddia olunur ki, Hacıbala Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarın onunla yollarını ayıracağına işarə ola bilər
-
«Hazırda iş başındayam»
Hacıbala Abutalıbov: «Şeytana uzun ömür və can sağlığı arzulayıram»
-
«Abutalıbovdan tələb edirəm o müdiri işdən çıxarsın»
Millət vəkili merə müraciət etdi
-
Keçmiş nazir üzə çıxdı
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
-
Mahmudov həbsə gedir?
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
-
Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
-
Çovdarova 12 il həbs verildi
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
«Keçmiş MTN-in quldurları Hacıbala Abutalıbovu da aparıb və ondan lazım olan şeyləri alıblar. «Eldar Mahmudov, Akif Çovdarov işi» daha ciddi və dərin araşdırılsa, Hacıbala Abutalıbov bu işlərdə zərərçəkən şəxs kimi keçə bilər».
Bu sözləri Modern.az saytına açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov deyib.
Hüquqşünas «MTN işi»ndən danışarkən deyib ki, hazırda cinayət işlərində adı hallanan keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov vaxtilə quda da olublar:
«Düzdür, Əli Abbasovla Hacıbala Abutalıbov arasında qudalıq çoxdan pozulub və artıq onların heç bir yaxınlıq münasibətləri yoxdur.
Amma bir vaxtlar belə xəbər yayılmışdı ki, Hacıbala Abutalıbovun da iş yerinə maskalılar hücum çəkib və merin özünə də maşına basıb aparıblar. Buna görə də «MTN işi»nin içindən Hacıbala çıxsa, ancaq zərərçəkmiş şəxs kimi çıxacaq».
A. İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova yönəlik ittihamlar da səsləndirib: «Bu gün Hacıbala Abutalıbovun işlərini araşdırsalar, onun da cinayətləri üzə çıxar. Azərbaycanda cinayət törətməyən məmur azdır. Eldar Mahmudovun MTN hadisələri bunu bir daha sübut etdi».
Hüquqşünas onu da bildirib ki, Əli Abbasov hələ bugünkü əksər nazirlərdən nisbətən ən fağırı olub:
«Əli Abbasovun adı bu gün Eldar Mahmudov və Akif Çovdarovla çəkilir, «MTN işi»ndə hallanır. Amma bir şeyi də insaf naminə demək lazımdır ki, Əli Abbasov indiki nazirlər arasında ən fağırlarından idi. İndi bəzi məmurlar, siz təsəvvür edin ki, nələr törədirlər?!
Yeyintilər, «katyollar», «şapkalar» bütün nazirliklərdə, digər orqanlarda var».