vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNEY  
18:28 | 26 noyabr 2016 | Şənbə Məqaləyə 1194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Etniklər üzrə müşavir etniklərə qarşı

Əli Yunisi: «Parlamentdə fraksiya yaranmasına müxalifəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

İran parlamentinin etniklər və dini azlıqların işi üzrə xüsusi köməkçisi Əli Yunisi noyabrın 25-də Əhvazda bir qrup ərəb ictimai-siyasi fəalları ilə görüşərək ölkə parlamentində etniklərin fraksiyalarının yaranmasına və Xuzistan əyalətində yerli ərəblərə qarşı ayrı-seçkiliyə münasibət bildirib.

Əli Yunisi, görüşə qatılanlardan birinin ölkə parlamentində etniklərdən olan deputatların yaratdığı fraksiyalara münasibəti ilə bağlı sualını cavablandıraraq Xuzistan əyalətində yerli ərəblərə qarşı göstərilən ayrı-seçkiliyə toxunub: «Mən ölkə parlamentində müxtəlif etniklərin fraksiyalarının yaranması ilə müxalifəm və bunu bəyənmirəm. Bəziləri elə ilk gündən hökumətin etniklərə ayırdığı diqqəti seçkilərlə əlaqələndirərək, bunun yalnız  təbliğat xarakteri daşıdığını cəmiyyətə aşılayamağa və bu yolla hökumətə qarşı təxribat aparmağa çalışırdılar. Əyalətdə işə götürmələrdə yol verilən ayrı-seçkiliyə gəlincə, deyə bilərəm ki, bu ayrı-seçkilik əyalətin üz-üzə qaldığı daxili problemlərinə görədir. Bu, İran İslam Respublikasının siyasəti deyil. Çünki işə götürmə qanunu və onun icrası bütün əyalətlərdə eynidir. Lakin bu qanun Xuzistan əyalətində icra olunanda ayrı-seçkiliklə üz-üzə qalır və bəzi etniklər yalnız öz qohum-əqrəbaları və tanışlarını işə götürürlər. Bu isə yolverilməzdir».

Əli Yunisi, ölkə parlamentində müxtəlif etniklərdən olan deputatların öz fraksiyalarını yaratmasına müxalif olmasının səbəbini şəffaf şəkildə açıqlamayıb.

Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən çox türk deputatının iştirakı ilə yaranmış Türkdilli Deputatlar Fraksiyasının ilk iclası keçirilib.

Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamenti sədrinin canişini Məsud Pezeşkiyan Türkdilli Deputatlar Fraksiyasının sədri vəzifəsinə, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.

Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının mərkəzi şurasının üzvüdür: «Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır».