vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
13:59 | 30 noyabr 2016 | Çərşənbə Məqaləyə 774 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu günün reallığı budur»

Levon Zurabyan: «İndi danışıqlar prosesində şərtləri Azərbaycan diktə edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Erməni tərəfinin Qarabağa dair danışıqlarda indiki mövqeyi 90-cı illərdəkindən daha zəifdir.

Virtualaz.org xəbər verir ki, bu barədə Erməni Milli Konqresi müxalif fraksiyasının rəhbəri, deputat Levon Zurabyan spiker Qalust Saakyana cavab olaraq deyib. Saakyan bildirmişdi ki, Erməni Milli Hərəkatının lideri Levon Ter-Petrosyan o vaxt torpaqları verməyə razı idi.

«Aydındır ki, 90-cı illərdə Azərbaycanın mövqeləri zəif idi. Bakı o vaxt münaqişənin sülh yolu ilə nizamlanmasına öz razılığını verdi. Ermənistan isə güclü tərəf kimi danışıqlar aparırdı. İndi isə danışıqlarda şərtləri Azərbaycan diktə edir və hətta şərtlərin erməni tərəfinin xeyrinə dəyişməsinə imkan vermək istəmir. Bu günün reallığı bax budur. İndiki danışıqlarda hakimiyyət barışmaz mövqelərdən  çıxış edir, ancaq əslində prosesi dalana dirəyir» - Levon Zurabyan bildirib.