vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
01:11 | 5 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 1527 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars analitik üzr istəməlidir

Daha bir deputat Qaşqay qadınlarını təhqir etməsinə etiraz bildirib

MÖVZU İLƏ ƏLAQƏLİ

İran parlamentinin Firuzabad, Fərraşbənd və Qirov Karzin şəhərlərindən seçilmiş deputatı Kuruş Kərəmpur, fars politoloq və analitiki Sadıq Zibakəlamın Qaşqay qadınlarını təhqir etməsinə kəskin reaksiya verib.

Dekabrın 2-də Fərraşbənd şəhərinin cümə namazında jurnalistlərə açıqlama verən Kuruş Kərəmpur bildirib ki, o, Qaşqay qadınlarının aşağılanmasını, öz namusuna qarşı təhqir sayır: «Mən ciddi şəkildə bu məsələnin axırına qədər gedəcəyəm. Çünki mənim anam və şəhidlərin anaları təhqir olunub. Zibakəlamın Qaşqay qadınlarına qarşı işlətdiyi təhqiramiz ifadələr, mənim namusumun təhqir olunması deməkdir. Siyasi məsələləri bir qırağa qoyaq. Mən şəhidlərin ruhunu sevindirmək üçün bu məsələ ilə maraqlanacaq, işin axırına qədər gedəcəyəm».

İran hakimiyyətinin müxtəlif strukturları və cərəyanları ilə, o cümlədən də Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncaniyə yaxınlığı ilə tanınan fars politoloq və analitiki Sadıq Zibakəlam, bir neçə gün əvvəl dövlət televiziyasında Hüseyn Dehbaşinin aparıcılığı ilə yayımlanan «Xeşt-i xam» verilişində Qaşqay qadınlarını «qaraçı» adlandırıb. O, bir neçə dəfə «Qaşqay qaraçı qadınları» ifadəsini işlətməklə, həm özlərinə məxsus mədəniyyəti və həyat tərzi olan qaraçıları, həm də igid və zəhmətkeş Qaşqay türk qadınlarını təhqir edib.

Onun Qaşqay qadınlarına qarşı bu təhqiramiz ifadələrinə etiraz bildirən ilk şəxs, urmiyalı deputat Nadir Qazipur olub. Bir qrup Qaşqay gəncləri də son günlər Şəhrza şəhərində plakatlar qaldıraraq Zibakəlama etiraz bildirərək, ondan Qaşqay xalqından üzr istəməsini tələb ediblər.