«Bakı Metropoliteni» xərclərini azaldır
Qurum metro yollarında istifadə olunan materialları özü istehsal edəcək (fotolar)
MÖVZU İLƏ ƏLAQƏLİ
-
30 yeni vaqon alınacaq
Hər ay bir qatar dəyişəcək
-
Yeniliklər dövrün tələbinə çevrilib
Bakı metropoliteninə əvvəlkilərdən 2-3 dəfə güclü 7 yeni ventilyator gətirilir
-
Növbəti stansiya qəbiristanlıq?!
.. Yaxud yeraltında bizi hansı təhlükə gözləyir?
-
Metroda qadağa
Maşinist kabinəsində siqaret çəkmək yasaqlandı
-
... «Xətai» stansiyası təmirə bağlanacaq
«Sahil» açılandan sonra ...
-
«İşçilərinin sayını azaltmağa məcburuq»
«Bakı Metropoliteni»ndə ixtisarlar gözlənilir
-
«Sahil» stansiyası sökülür?
Nəsimi Paşayev: «İddialar əsassızdır»
-
Metroda elanları kim səsləndirir?
«Elə bil qaynanadır, nə qədər öyüd-nəsihət verir, bunu alanın günü qaradır»
-
«Qatarlar ləngiyib»
Səhər saatlarında metroda böyük sıxlıq yaranıb, səbəb açıqlandı
-
Metro sərnişinlərinin diqqətinə!
«İnşaatçılar» stansiyasının 1-ci giriş-çıxışı sabahdan müvəqqəti olaraq bağlanacaq
-
Vaqonların təmir sexi müasir standartlar səviyyəsinə qaldırılıb
Nasaz qatarların azalmasının və təmirin keyfiyyətinin artırılmasının əsas səbəbləri haqqında
-
Deputatdan AZAL-a irad
«Metropolitendən öyrənsinlər... »
-
Tağı Əhmədovun daha bir kadrı ...
«Bakı Metropoliteni»ndə növbəti dəyişiklik
-
Metroda yenilik
Vaxt yeraltında tərsinə işləyəcək
-
«Bakı Metropolteni» yeni binaya köçdü
Pərakəndə xidmətlər və idarələr bir çatı altında işləyəcək
-
Polis metroda siqaret çəkirsə...
Ət iylənəndə ona duz vurarlar, bizdə isə duz iylənib
«Bakı Metropoliteni» QSC-nin strukturuna daxil olan dəmir-beton konstruksiyaları sahəsində yeni istehsalat sahəsi fəaliyyətə başlayıb. Bu, beton şpalların istehsalı sahəsidir. Belə ki, Almaniyanın «Vollert» şirkətindən Avropa standartlarına cavab verən yeni avadanlıqlar alınmaqla beton blokların yerli şəraitdə istehsalı üçün şərait yaradılıb.
Metro yollarında istifadə ediləcək beton bloklar mövcud taxta şpallardan keyfiyyətinə və uzunömürlüyünə görə çox fərqlənir. Belə ki, ağac şpalın ömrü 18-25, ən uğurlu istismar şərtləri daxilində 30-35 ildirsə, beton bloklar 80 il xidmət göstərə bilər. Beton bloklardan istifadə qatarların hərəkəti zamanı titrəmənin və səs-küyün, fiziki təsirlərin, təkərə əks-zərbələrin qarşısının alınması, ələlxüsus bunun milli-mədəni, dünyəvi əhəmiyyəti olan tarixi-memarlıq abidələrinin qorunması (məsələn, «İçərişəhər-Sahil» mənzili boyunca) üçün əlverişlidir.
Beton blokların yerli şəraitdə istehsalı məhsulun alınması, ölkəyə gətirilməsi, daşınma xərcləri, yol-gömrük və s. rüsumların ödənməsi baxımından iki dəfədən də artıq qənaətə səbəb olacaq. Bu, yeni iş yerləri, yerli mütəxəssislərin hazırlanması, laboratoriya şəraitində yeniliklərin tətbiqi ilə elmi-praktiki potensialın inkişafı, həmçinin gələcəkdə «Made in Azerbaijan» brendinin yaradılması ilə həm də ölkə iqtisadiyyatına xidmət deməkdir. Yeni istehsal olunan beton bloklardan ilkin mərhələdə Bənövşəyi xəttin «Memar Əcəmi» və şərti adı «B-03» olan stansiyalararası yollarında, həmçinin «Nərimanov» elektrik deposunda sınaq yollarında istifadə ediləcək.
«Bakı Metropoliteni» QSC-nin yaranmasından ötən qısa müddət ərzində, ümumilikdə, dəmir-beton konstruksiyaları sahəsində böyük işlər görülüb. Müəssisədə yeni elektrik yarımstansiyası inşa edilib. Yarımstansiyada müasir standartlara cavab verən yeni avadanlıqlar quraşdırılıb və onu qidalandırmaq üçün elektrik veriliş xətləri çəkilib. Eyni zamanda, 3 ədəd, hər biri 2 tonluq və 9 bar təzyiqli müasir qazanxana tikilərək istifadəyə verilib və obyektə saatda 540 kubmetr imkanlı 0,45 bar təzyiqli yeni qaz xətti çəkilib. Vaqon və yük maşınları üçün tərəzi də yenilənib. Müəssisədə silos təsərrüfatı əsaslı surətdə yenidən qurulub. Belə ki, əvvəllər mövcud sayı 5 olan silos təsərrüfatından, sadəcə, ikisi işlək vəziyyətdə idi. Ancaq QSC yarandıqdan sonra yeni aspirasiya, filtr sistemi qurulmaqla əsaslı təmir həyata keçirilib və hər 5 silos təsərrüfatı tam işlək vəziyyətə gətirilib.