vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
21:15 | 22 yanvar 2017 | Bazar Məqaləyə 3552 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Metro sərnişinlərinin diqqətinə!

«İnşaatçılar» stansiyasının 1-ci giriş-çıxışı sabahdan müvəqqəti olaraq bağlanacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabahdan (23 sentyabr) etibarən «Bakı Metropoliteni»nin «İnşaatçılar» stansiyasının 1-ci giriş-çıxışı təmirlə əlaqədar müvəqqəti olaraq sərnişinlərin istifadəsi üçün bağlanacaq. Bu barədə Metropolitenin mətbuat xidməti rəsmi məlumat yayımlayıb. Müraciətdə deyilir:

«1986-cı ildə istifadəyə verilmiş «İnşaatçılar» stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olub. Bu illər ərzində stansiyanın I vestibülünün estetik görünüşü köhnəlib, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq «İnşaatçılar» stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.

Məlumat üçün bildirək ki, 2016-cı ildə stansiyanın II vestibülü tam təmir olunmuş və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilmişdi. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq.

«Bakı Metropoliteni» QSC sərnişinlərə xəbərdarlıq edir ki, «İnşaatçılar» stansiyasının I vestibülü (ATS tərəf) 23 yanvar 2017-ci il tarixində saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül («20 Yanvar» tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

Qeyd: I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.

«Bakı Metropoliteni» QSC yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir».