Avropa Məhkəməsi Qarabağda Ermənistanın vuruşduğunu təsdiqlədi
«Dedovşina» qurbanı olmuş əsgərin atası kompensasiya alacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
-
Paşinyan özünü ağıllı sayır ...
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Dağlıq Qarabağda «Dedovşina» qurbanı olan əsgər Suren Muradyanın atası Avropa İnsan Haqları Məhkəməsini udub. Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb. Qərara əsasən Ermənistan hökuməti Hraçya Muradyana 50 min avro məbləğində kompensasiya ödəməlidir.
Əsgər yoldaşları Suren Muradyanı döyərkən dalağı partlayıb, həkimlər isə onu qripə qarşı müalicə ediblər. Başqa bir tərəfdənsə istintaq 14 ilə yekunlaşdırılıb.
Mənbə yazır ki, bu, Ermənistan ordusunda baş verən ilk belə hadisə deyil. Amma bunun maraqlı tərəfi odur ki, məhkəmə qondarma Dağlıq Qarabağ rəhbərliyinin hərəkətinə görə birbaşa Ermənistan hökumətini təqsirləndirir. Bundan başqa bu, Ermənistan əsgərlərinin Dağlıq Qarabağda xidmət eləməsini sənədləşdirir.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində bunun ilk hal olmadığını bildirib. O deyir ki, Strasburq məhkəməsi bunadək «Çırağov və başqaları Ermənistana qarşı» işiylə bağlı da belə bir qərar çıxarıb.
Artur Sakunts deyir ki, burda da belə bir fakt var ki, Dağlıq Qarabağdakı vəziyyətə Ermənistan nəzarət edir.
Müxbirin «belə çıxır ki, Dağlıq Qarabağ sakinləri Ermənistan məhkəməsinə müraciət edə bilərlər?» sualına gəldikdə isə Sakunts bildirib ki, yox, bu artıq başqa məsələdir.
Çünki Ermənistan əsgəri Dağlıq Qarabağda xidmət etdiyinə görə, ölüm halları ilə bağlı məsələyə Ermənistan məhkəməsi baxır. Artur Sakunt deyir ki, Dağlıq Qarabağın erməni sakinləri Strasburq məhkəməsinə müraciət edə bilməzlər. Çünki Dağlıq Qarabağ beynəlxalq insan haqları konvensiyasına daxil deyil.
O ki, qaldı Ermənistan əsgərlərinin Dağlıq Qarabağda hərbi xidmət göstərməsinə Artur Sakuntun sözlərinə görə, bu 1994-cü ildə Ermənistan hökuməti ilə separatçı Dağlıq Qarabağ rəhbərliyi arasında imzalanmış razılaşma çərçivəsində edilir.
Sakunt deyir ki, Dağlıq Qarabağda xidmət edən Ermənistan əsgərlərinin sayı heç vaxt göstərilmir, bu hərbi sirr sayılır.
«Təəssüf ki, hətta ümumilikdə hərbi qüvvələr, hərbi xidmətə çağırılanların sayı qanuna görə hərbi sirr sayılır. Biz bununla bağlı dəfələrlə rəsmi qaydada müraciət eləmişik, hətta məhkəməyə üz tutmuşuq, amma heç nəyə nail ola bilməmişik», deyə Artur Sakunt bildirib.