vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
15:32 | 6 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2070 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birinci yol bağlanır

«Xətai» stansiyasına gedən sərnişinlərin nəzərinə!

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Metropoliteninin «Cəfər Cabbarlı» stansiyasının birinci yolu bağlanacaq. Bu barədə «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Məlumatda deyilir:

«Hörmətli sərnişinlər!

07 dekabr 2016-cı il tarixindən etibarən «Cəfər Cabbarlı» stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanacaq. Təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır. «Xətai» stansiyasına gedəcək sərnişinlər «Cəfər Cabbarlı» stansiyasının ikinci yolundan istifadə edə bilərlər. 

«Bakı Metropoliteni» QSC yaranacaq narahatlığa görə sərnişinlərdən üzr istəyir!

Qeyd: 2-ci yol «28 May» stansiyasından «Cəfər Cabbarlı» stansiyasına keçərkən soldakı yoldur. Həmçinin «Cəfər Cabbarlı» stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır».