vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
09:49 | 7 dekabr 2016 | Çərşənbə Məqaləyə 2551 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti alındı

Hökumətdən yeni qərar

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Mühəndis kommunikasiyalarının, elektrik ötürücü, rabitə, magistral neft-qaz kəməri xətlərinin və digər xətti qurğuların dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşdirilməsinə yalnız «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırmaqla yol veriləcək.

Bu, Nazirlər Kabinetinin  «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları»nda etdiyi dəyişiklikdə əksini tapıb.

Qaydaya əsasən bu sahədə səlahiyyət əvvəllər Nəqliyyat Nazirliyinə məxsus olub. Dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahəsindən müddətli istifadəçilərin uçotu da artıq «Azərbaycan Dəmir Yolları» QSC tərəfindən aparılacaq.

Eyni zamanda bundan sonra Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi deyil, «Azərbaycan Dəmir Yolları» QSC ilə Daxili İşlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edəcək, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alacaqlar.