«Aşağı qiymət alan qaçqın tələbələr, …»
ADA rektoru ödənişsiz təhsil alanlar barədə təklif irəli sürdü
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Milli mətbuat tarixinin tədqiqinə töhfə
ADA Universiteti “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatından nəşrini davam etdirir
-
Yeni sənədlər yeni layihələrdir
Hafiz Paşayev: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”
-
Bakıda doğulan «Qütb Ulduzu»u
ADA universitetinin tələbəsi 4-cü Gənc Bəstəkarlar müsabiqəsinin qalibi olub
-
«ADA Universiteti ödənişli ali məktəbdir. Buna baxmayaraq, bizə gələn qaçqın tələbələrin sayı çoxdur və onlar təhsil haqqından - ödənişdən azad olunurlar. Ancaq mən düşünürəm ki, biz gərək bu məsələyə qayıdaq, rektorlarla birgə bunu müzakirə edək».
APA-nın xəbərinə görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı» məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı tədbirdə deyib.
Rektorun sözlərinə görə, elə tələbələr var ki, yüksək balla ali məktəbə daxil olur, sonradan pulsuz oxuduqlarından səylərini azaldırlar, daim çalışan, dərslərini yaxşı oxuyan tələbələr isə ödəniş etməli olurlar: «Buna görə. belə bir təşəbbüs etmək istəyirik ki, qaçqın tələbələrə müəyyən hədd qoyulsun. Əgər qaçqın tələbə müəyyən həddən aşağı qiymət alarsa, onu imtiyazdan məhrum edə bilərik. Artıq bu məsələyə baxmağın vaxtı çatıb».
H.Paşayev qeyd edib ki, bu gün ali məktəblərdə müəllimlərin maaşları universitetlərin imkanlarından, ali məktəblərin maliyyə imkanları isə tələbələrdən asılıdır: «Çalışırıq ki, tələbələrdən maliyyəni alıb müəllimlərə, yaxşı işləyənlərə verək. İstəmirik ki, xaricdən gələn müəllimlərlə öz müəllimlərimiz arasında maaş fərqi yaransın».