vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MUSİQİ  
09:32 | 8 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2697 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda doğulan «Qütb Ulduzu»u

ADA universitetinin tələbəsi 4-cü Gənc Bəstəkarlar müsabiqəsinin qalibi olub

MÖVZU İLƏ ƏLAQƏLİ

ADA universiteti Beynəlxalq Əlaqələr fakültəsinin 1-ci kurs tələbəsi Arzu Abbasova Nyu Yorkda keçirilən 4-cü Gənc Bəstəkarların müsabiqəsinin (Multicultural Sonic Evolution) qalibi golub. Ona qələbəni «Qütb Ulduzu» əsəri gətirib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin təbrikində deyilir.

Səfirlik bildirir ki, Azərbaycanın musiqi mədəniyyəti və ənənələri insanların qəlblərində xüsusi yer tutur. Dahi ifaçılar və bəstəkarlar şərqin və qərbin misilsiz qarışığı olan bu zəngin musiqi mədəniyyətinin tarixini yazıb.

Muğamı və cazı bir araya gətirən möhtəşəm bəstəkarlardan biri Tofiq Quliyev idi. Noyabrın 7-də Tofiq Quliyevin 99 yaşı tamam olub. Quliyevin adı musiqi tarixinə caz musiqinin banisi kimi yazılıb. 1939-cu ildə Quliyev, Niyazi ilə birlikdə Azərbaycan Dövlət Estrada orkestrini yaradır. O, onlarla möhtəşəm işlərin müəllifidir və onun əsərlərinin sırasına həm simfoniya, həm kamera musiqisi, həm də caz və xalq bəstələri daxildir.

Noyabrın 7-də təxminən 100 il sonra ABŞ səfirliyi fəxrlə Azərbaycanın daha bir gənc bəstəkarının uğurlarını vurğulamaq istəyir, bu Arzu Abbasovadır.