Yeni sənədlər yeni layihələrdir
Hafiz Paşayev: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Diplomatik orqanları rəhbərlərinin müşavirəsi Şuşada yekunlaşıb
“Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının təqdimatı da keçirilib
-
Əlvida, gözəl insan...
Rəna xanım Paşayevanın xatirəsinə
-
ADA-da ABŞ-dan qonaq var
Birinci vitse-prezident Mehriban Əliyeva məşhur iş adamının mühazirəsində iştirak edib
-
«Aşağı qiymət alan qaçqın tələbələr, …»
ADA rektoru ödənişsiz təhsil alanlar barədə təklif irəli sürdü
-
«Hakimiyyətə yaxın olsaq da, dəyişən heç nə yoxdur...»
Hafiz Paşayev: «Millətin avamlığı onun şairlərinin sayı ilə düz mütənasibdir!»
-
Hafiz Paşayev ADA-nın rektoru oldu
İlham Əliyev universitetin nizamnaməsini də təsdiq etdi
-
«Onları geri qaytarmaq istəyirik»
«Artıq 15 nəfəri gətirmişik»
-
Rektordan ibrətamiz hərəkət
Hafiz Paşayev tələbə yeməkxanasında nahar edir
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir. Vaxt.az “Trend”ə istinadən bildirir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanda səfərdə olan Tacikistan Prezidenti Emoməli Rahmonun işitirakı ilə universitetdə keçirilən “Global Perspective Lecture Series” adlı mühazirələr çərçivəsində çıxışı zamanı deyib.
Rektor bildirib: “Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndiririk”.
H.Paşayev qeyd edib ki, Tacikistan və Azərbaycan inkişaf edən biznes münasibətləri və humanitar əlaqələri olan dost ölkələrdir. O əlavə edib ki, bu məsələdə ADA Universiteti də öz böyük töhfəsini verib:
Rektor vurğulayıb: “ADA və Tacikistan XİN arasında əməkdaşlıq barədə memorandum imzalanıb və artıq Tacikistandan ilk tələbə universitetdən təqaüd alıb. Ümid edirik ki, dünən imzalanan sənədlər nəqliyyat və iqtisadiyyat sahələrində yeni layihələrin icrasına gətirib çıxaracaq”.