vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MƏHKƏMƏ, İSTİNTAQ  
02:45 | 7 yanvar 2017 | Şənbə Məqaləyə 3444 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

50 min pul istəyir

Vəkil Lent.az-ı məhkəməyə verib; bəs söz azadlığı harada qaldı?

Lent.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Hüquqşünas Aslan İsmayılov Lent.az İnformasiya agentliyini məhkəməyə verib. A.İsmayılov «Elçi» qəzetinin baş redaktoru Əli Həziquliyevin qəzetdə yazdığı və adıçəkilən saytda yayımlanan «Biz hamımız kimlərinsə dostuyuq» sərlövhəli məqaləsində şərəf və ləyaqətinin alçaldılması, eləcə də işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə Xətai rayon Məhkəməsinə müraciət edib.

Vəkil tərəflərin hər birindən mənəvi zərərə görə 50 min manat tutulmasını və təkzib yazısının dərc edilməsini tələb edib.

Artıq məsələ ilə bağlı Xətai rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə məhkəmə başlayıb və dekabrın 7-də hazırlıq, 26-da isə ilkin baxış iclası keçirilib. Növbəti iclas isə yanvarın 13-də saat 17:00-a təyin olunub.

Qeyd edək ki, məlum yazı dərc edildikdən sonra Aslan İsmayılov Lent.az-a öz mövqeyinin dərc edilməsi ilə bağlı hər hansı müraciət etməyib.

VAXT.AZ-dan: Bütün günü sosial şəbəkələrdə jurnalistlərin hüququndan, söz azadlığından, demokratiyadan danışmaqla, saytı məhkəməyə verərək, minimum əməkhaqqının 300 mislini tələb etmək necə bir araya sığa bilər? Deməli hər kəs işinə yaradığı qədər demokrat olmağı bacarır.