vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
21:05 | 12 yanvar 2017 | Cümə axşamı Məqaləyə 2993 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əhəmiyyətli sadələşdirmələr aparılacaq»

Əliməmməd Nuriyev: «QHT-ləri narahat edən problemlərin həlli davam edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev Nazirlər Kabineti tərəfindən «Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası»nda dəyişikliklər edilməsi barədə bu gün verilən qərarla bağlı açıqlama verib.

Açıqlamada qeyd olunur ki,  bu qərar «Qrant müqavilələrinin (qərarlarının)  qeydə alınması  Qaydası»nda nəzərdə tutulan xüsusilə xarici donorlardan alınan qrantların qeydiyyatını xeyli dərəcədə sadələşdirəcək: «Nazirlər Kabinetinin «Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası»nda dəyişikliklər edilməsi barədə bugünkü qərarını «Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda «bir pəncərə» prinsipinin tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının icrasının pozitiv nəticələri kimi qiymətləndiriririk. Çünki qərar əsaslı olaraq qrant müqavilələrinin qeydiyyatına süni maneələr və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edir və qeydiyyat prosedurunu asanlaşdırır. Bunlar əsasən aşağıdakılardan ibarətdir:

qrant müqavilələrinin qeydə alınması üçün təqdim olunacaq sənədlərin dairəsi xeyli dərəcədə azaldılır;

bir sıra sənədlərin notarial qaydada təqdim edilməsi ləğv edilir;

qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alınır;

qrant müqavilələrinin (qərarlarının) qeydiyyat üçün təqdim edilməsi və baxılması müddətləri artırılır;

qrant müqaviləsinin qeydiyyatı üzrə Azərbaycan Respublikasının rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycan Respublikasının qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğunun yoxlanması ləğv edilir. 

Bütün bunlar qrant müqavilələrinin qeydiyyatı sahəsində hüquqi mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq».

Ə. Nuriyev bildirib ki, «Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası»nda dəyişikliklərdə Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının bir sıra təklifləri nəzərə alınıb: «Bu, eyni zamanda hökumət-vətəndaş cəmiyyətinin səmərəli müzakirələrinin əhəmiyyətli nümunəsi kimi qiymətləndirilə bilər. Artıq vətəndaş cəmiyyəti institutlarını narahat edən problemlərin həlli istiqamətində ardıcıl tədbirlərin görülməsi davam etdirilir».

Ə.Nuriyevin sözlərinə görə, xarici donorlar tərəfindən qrantların verilməsi ilə bağlı qaydalarda da dəyişikliklər hazırlanır: «Hesab edirik ki, «Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda «bir pəncərə» prinsipinin tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının icrası üzrə proseslər tam başa çatmayıb. Bundan sonra «Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası»nda da əhəmiyyətli sadələşdirmələr aparılacaq».