BNA-dan ittiham
Marşrut şəbəkəsi məntiqsiz qurulub
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tramvaylar geri qayıdır?
Sakinlər arzusuna BNA susur
-
BNA-nın saytındakı pərakəndəlik
“Google Maps” Azərbaycanla bağlı məlumatları siləcəkmi?
-
300 ədəd və 48 milyon...
10 qəpiklik artımın səbəbi bilindi
-
“BakuBus” BNA-ya verildi
Avtobuslar və avtomobil dayanacaqları da BŞİH-dən alındı
-
Bakı metrosu sərnişinlər üçün bağlıdır
Avtobuslar isə pulsuz işləyir
-
Tıxaca qarşı tədbir
“Koroğlu” metrostansiyası qarşısındakı avtobus dayanacağı ləğv edilir
-
... 35, 60, 90 manatlıq
Yeni «Baku Card» istifadəyə verilir ...
-
Bakıya yeni avtobuslar gətirilir
Vahid kart sisteminə keçəcək nəqliyyat vasitələrinin sayı 2.5 dəfə artacaq
-
«Uber» ermənilərə işləyir?
Bakı Nəqliyyat Agentliyindən çağırış
-
«Əngəllənəcək!»
Xudaverdiyanın Bakıda taksi biznesinin yolu açılır?
-
BNA-dan xəbərdarlıq
Avtobuslar payız-qış mövsümünə uyğun ləvazimatlarla təchiz olunmalıdır
-
Daha neçə uşağı maşın vurmalıdır ki...
Bakı məktəblərinin qarşısındakı təhlükə: «Valideynlər az qalır uşaqlarını partaya qədər avtomobillə aparsın»
-
«Avtobuslarda gediş haqqı ...»
BNA-da açıqlama
-
«Aldığı xəsarətlərdən keçinib»
Biznesmen oğlunun maşınla vurduğu polkovnikin epikrizi
-
Bakıda cəzasız qalan cinayət(kar)
Biznesmenin oğlu, «Mercedes GL», yüksək sürət və polkovnikin ölümü...
-
Avtobusda silah çəkib hamını hədələdi
«Dağıdaram buranı heç kim mənə xod eləyə bilməz»
Artıq avtobus qəzaları ilə bağlı xəbərlər gündəmdən çıxmır. 2016-cı ilin sonunda paytaxtda 2 gün ard-arda 3 qəza baş verdi. Bakı Nəqliyyat Agentliyi (BNA) isə 2017-ci ildən etibarən bu istiqamətdə konkret addımlar atılacağını bəyan etdi. 2017-ci ilin ilk günlərində isə avtobus qəzaları səngimək əvəzinə can almaqda davam edir. Xüsusilə son 1 ay içərisində «Xaliq Faiqoğlu» MMC-yə məxsus 20 saylı avtobus marşrutunun iştirakı ilə baş verən qəzalar diqqətdən yayınmır. Yəni BNA məsələni kökündən həll etmək üçün marşrut xəttini başqa bir daşıyıcıya həvalə edə bilməzmi?
Modern.az-ın məsələ ilə bağlı suallarını BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsindən Mais Ağayev cavablandırıb.
Qəzalarla yadda qalan xətt «Xaliq Faiqoğlu» MMC-dən niyə geri alınmır?!
O deyib ki, paytaxtın marşrut şəbəkəsi elə məntiqsiz sistemlə qurulub ki, problem yaranan istiqamətdə dəyişiklik etmək üçün alternativlər yoxdur:
«Bu gün «8-ci kilometr»dən «Avtovağzal»a işləyən tək marşrut 20 saylıdır. Biz bunu marşrutdan çıxarıb hansı daşıyıcıya verəcəyik? Onsuz da bütün daşıyıcılarda vəziyyət təxminən eyni cürdür. Hətta o birilərdə vəziyyət bundan da pisdir ki, yaxşı deyil».
M. Ağayev «Alternativ ola biləcək «BakuBus» var» fikirlərini belə cavablandırıb: «Siz düşünən ehtimalları, variantları biz də düşünürük. İndi çalışırıq ki, ən optimal variantı icra edək. Normalda Türkiyədə bir marşrut üzrə iki daşıyıcı xidmət göstərir. Biri bələdiyyənindir, digəri isə özəl olaraq fəaliyyətdədir. Özəl daşıyıcı hansısa qayda pozuntusuna yol verdikdə xətt əlindən alınır. Amma sərnişinlər üçün əlavə narahatlıq yaranmır. Çünki bu istiqamətdə bələdiyyə avtobusu da var. Bizdə isə marşrut şəbəkəsini çıxılmaz vəziyyətə salıb agentliyə veriblər».
Sürücü Təbriz Hüseynov işdən uzaqlaşdırılıb
BNA rəsmisi bildirib ki, bütün qəza hallarında avtobus sürücüsü günahkar ola bilməz: «Hadisələrdə, xüsusilə də ölüm və xəsarət halları varsa, araşdırma hüquq mühafizə orqanları tərəfindən aparılır. Bir məsələ də var ki, avtobusların iştirakı ilə baş verən bütün qəzalarda heç də avtobus sürücüsü günahkar deyil. Sonuncu hadisədə konkret olaraq sürücü günahkardır. Ona görə də sürücü Təbriz Razim oğlu Hüseynov işindən uzaqlaşdırılıb. Hazırda onunla bağlı təhqiqat gedir.
Amma ümumilikdə biz, hər zaman hüquq mühafizə orqanlarının araşdırmalarını gözləyirik. Ol bilsin ki, sürücü normal sürətlə gedib, başqa nəqliyyat vasitəsi onun yoluna çıxıb. Yaxud qəzanın təkcə sürücü deyil, daşıyıcı məsuliyyətsizliyindən baş verdiyi ortaya çıxar. Daşıyıcı avtobusu reysqabağı texniki baxışdan keçirməyibsə, buna birbaşa məsuliyyət daşıyır. Belə olan halda daşıyıcıya qarşı tədbir görülür».
Bir dəfə qayda pozan sürücü daha avtobusda işləyə bilməyəcək
Qurum rəsmisi deyib ki, öhdəsindən gələcəkləri çətin işləri var: «İllərdir yığılıb qalan, həllini gözləyən çətin işlərimiz var. Qeyd edim ki, bütün bunları BNA bir günə həll edə bilməz. Bunun üçün vaxt lazımdır. Həm də bizi narahat edən məsələnin başqa tərəfidir. Bu cür sürücülər deyək ki, qayda pozuntusuna yol verdikdə işdən uzaqlaşdırılır. Amma çox keçməmiş başqa marşrutda yenidən fəaliyyətə başlayır. Bunun qarşısını almaq üçün marşrut şəbəkəsində çalışan bütün sürücülərlə bağlı məlumat toplanacaq və daşıyıcılara bu cür sürücüləri işə götürmək qadağan ediləcək. Hansı marşrut xəttinə sürücü lazım olacaqsa, BNA-nın bazasından onlara sürücü təklif ediləcək».
Xatırladaq ki, 2016-cı dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Müşfiq Şıxəliyev idarə etdiyi «Daewoo» markalı 20 saylı xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Hadisə nəticəsində M.Cəfərov yerindəcə ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, 20 saylı avtobusun iştirakı ilə baş verən qəza zamanı sözügedən marşrutun sürücüsü ilə 94 saylı marşrutun sürücüsü bir-birini ötməyə çalışıb. Nəticədə insan ölümü ilə nəticələnən qəza qeydə alınıb.
20 saylı marşrutun iştirakı ilə baş verən sonuncu qəza 2017-ci il yanvarın 12-də Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Təbriz Hüseynov idarə etdiyi 20 saylı «Daewoo» markalı avtobusla idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.
Nəticədə avtobusda olan sərnişinlər - 1994-cü il təvəllüdlü Qənirə Məmmədzadə, 1991-ci il təvəllüdlü Aişə Rəsulova və 1951-ci il təvəllüdlü Xuraman Cabbarova xəsarət alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər.