

Sakinlər arzusuna BNA susur
“Google Maps” Azərbaycanla bağlı məlumatları siləcəkmi?
10 qəpiklik artımın səbəbi bilindi
Avtobuslar və avtomobil dayanacaqları da BŞİH-dən alındı
Avtobuslar isə pulsuz işləyir
“Koroğlu” metrostansiyası qarşısındakı avtobus dayanacağı ləğv edilir
Vahid kart sisteminə keçəcək nəqliyyat vasitələrinin sayı 2.5 dəfə artacaq
Bakı Nəqliyyat Agentliyindən çağırış
Xudaverdiyanın Bakıda taksi biznesinin yolu açılır?
Avtobuslar payız-qış mövsümünə uyğun ləvazimatlarla təchiz olunmalıdır
Bakı məktəblərinin qarşısındakı təhlükə: «Valideynlər az qalır uşaqlarını partaya qədər avtomobillə aparsın»
BNA-da açıqlama
«Dağıdaram buranı heç kim mənə xod eləyə bilməz»
«Potensial sərnişin»in potensial cinayətkar davranışı
Xətainin heykəlinin yeri dəyişdirilə bilər
BNA-dan rəsmi açıqlama
Bakıda yeni növ kart istifadəyə veriləcək. APA TV-nin məlumatına görə, «Baku Card» vasitəsilə yerli və əcnəbi turistlər ictimai nəqliyyatdan, muzeylər və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı qazanacaq.
Bu gün memorandum imzalanması münasibətilə keçirilən tədbirdə Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev qeyd edib ki, yeni kart turistlərlə bağlı statistik məlumatların əldə olunması üçün geniş imkanlar yaradacaq. Kart vasitəsilə turistlərin hansı obyektləri ziyarət etdiyi məlum olacaq. Eləcə də turizm sahəsində mövcud olan çatışmazlıqlar aşkara çıxacaq və aradan qaldırılacaq.
Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov isə bildirib ki, «Baku Card» turistlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdıracaq. Məhz hansı güzəştlərin tətbiq olunacağı isə hələlik müzakirə mövzusudur.
MTTB-nin mətbuat katibi Kənan Quluzadə deyib ki. «Baku Card» vasitəsilə dükanlar, kafelər, restoranlar və başqa məkanlarda endirimlər və xüsusi güzəştlər təklif olunacaq. Kartlar 3 növ olacaq -1, 3 günlük və 1 həftəlik: «İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi»ində qeyd olunub ki, belə kart olmalıdır. Dünya təcrübəsində də var. Bu yenilik deyil. Bakıda bu karta çox ehtiyac var idi. Kartları köşklərdən əldə etmək mümkün olacaq. Həmçinin, onlayn xidmətlər göstəriləcək».
Kartların yaxın bir neçə ay ərzində təqdim və tətbiq olunması planlaşdırılır. 24 saatlıq «Baku Card» 35 manat, 72 saatlıq 60 manat və 1 həftəlik «Baku Card» 90 manata olacaq. Kart öncə məlumat mərkəzlərində satılacaq. Sonrakı mərhələdə satışın Bakı Nəqliyyat Agentliyi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. İlk mərhələdə kartdan yalnız Bakıda istifadə etmək mümkün olacaq. Daha sonra Şəki, Qəbələdə də belə bir kart yaradılacaq.
Sonda Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandum imzalanıb.