

“Google Maps” Azərbaycanla bağlı məlumatları siləcəkmi?
10 qəpiklik artımın səbəbi bilindi
Avtobuslar və avtomobil dayanacaqları da BŞİH-dən alındı
Avtobuslar isə pulsuz işləyir
“Koroğlu” metrostansiyası qarşısındakı avtobus dayanacağı ləğv edilir
Yeni «Baku Card» istifadəyə verilir ...
Vahid kart sisteminə keçəcək nəqliyyat vasitələrinin sayı 2.5 dəfə artacaq
Bakı Nəqliyyat Agentliyindən çağırış
Xudaverdiyanın Bakıda taksi biznesinin yolu açılır?
Bakı məktəblərinin qarşısındakı təhlükə: «Valideynlər az qalır uşaqlarını partaya qədər avtomobillə aparsın»
BNA-da açıqlama
«Dağıdaram buranı heç kim mənə xod eləyə bilməz»
«Potensial sərnişin»in potensial cinayətkar davranışı
Xətainin heykəlinin yeri dəyişdirilə bilər
BNA-dan rəsmi açıqlama
Bakıda avtobus biabırçılığı
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara qış mövsümü ilə bağlı xəbərdarlıq məktubu göndərib.
BNA-dan VAXT.AZ-a verilən məlumata görə, xəbərdarlıqda bildirilib ki, daşıyıcılar «Avtomobil nəqliyyatı haqqında» qanuna, Nazirlər Kabinetinin 141 nömrəli Qərarına və Bakı Nəqliyyat Agentliyinin tələblərinə əsasən müntəzəm sərnişindaşımaları müvafiq normativ aktlara uyğun olaraq təşkil etməlidirlər.
Daşıyıcılara avtobusların daim işlək vəziyyətdə saxlanılması, xüsusilə qış mövsümü nəzərə alınaraq, bir sıra zəruri tədbirlər yerinə yetirilməli tapşırılıb.
Belə ki, sürücülər və təmir-xidmət personalı qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılmalı, istehsalat bazalarında qışa hazırlıq işləri görülməli, avtobuslar mövsüm üçün zəruri olan maddi-texniki baza ilə (şinlərin payız-qış mövsümünə uyğun təchiz olunması, akkumlyator batareyası, təkər zəncirləri, alın şüşəsinin silgəcləri, mayesi və digər) həmçinin istilik və qızdırıcı vasitələrlə təmin edilməlidir.
Xəbərdarlıq məktubunda o da qeyd edilib ki, daşıyıcılar sürücüləri mütəmadi olaraq sürüşmə ehtimalı olan yol səthlərində, buzlu döngələrdə, körpü və yol ötrücülərində daha diqqətli olmaları, hərəkət sürətinə nəzarət etmələri və baş verə biləcək hadisələrin qarşısının alınması üçün öncədən tədbirlərin görülməsi ilə bağlı mütəmadi olaraq məlumatlandırmalı, həmçinin maarifləndirmə işləri aparmalıdır.