Yüksək məbləğdə cərimələnəcək
Nazirlik məlumat qanunu pozanların adlarını açıqladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni yalanlarını darmadağın edən nəşr
“Həqiqətin onomastikası” ingilis dilində işıq üzü görüb
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
ETSN-dən kreativ layihə
Bakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilir
-
Astara və Lerikdə ekoloji qətliam
Meşələrdə ağacları kütləvi şəkildə kəsən dəstə üzvləri ifşa edilib
-
Arabir yağış yağacaq
Sabah Bakıda 9 dərəcə isti olacaq
-
Güclü külək xəbərdarlığı
Zəif duman və çiskin də gözlənilir
-
Yollar buz bağlayacaq
Şaxta olacaq, qərb küləyi əsəcək
-
Soyuq hava hardan gəlib?
Yüksək ərazilərində qar örtüyü yaranacaq
-
Ötən il nə qədər meyvə yığılıb?
Meşə təsərrüfatının illik statistikası açıqlandı
-
45 gün möhlət
Nazirlik karxanalara tələblərini irəli sürdü
-
Hərarət 41 dərəcə olacaq
Meteohəssas insanlar sabah ehtiyatlı olsunlar
-
İsti yenidən rekord olacaq
Hərarət 43 dərəcəyə çatacaq
-
Azərbaycanda Afrika istisi!
“Temperatur 41 dərəcə olacaq”
-
Anomal istilər gəlir
Nazirlik xəbərdarlıq yaydı
-
Temperatur sürətlə yüksəlir
Bakıda yağmursuz və küləkli hava olacaq
-
Bayram günü cənnət havası
Mülayim cənub küləyi əsəcək
Bu günlərdə sosial şəbəkədə bir qrup şəxsin Göy göl Milli Parkının Maral göl ərazisində donmuş göl üzərində dırnaqarası istirahətini nümayiş etdirən video görüntülər yayılıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüntülərdə onlar xüsusi mühafizə olunan ərazidə kef məclisi quraraq icazə verilməyən yerdə, gölün üzərində manqal qoyub kabab çəkib, müxtəlif qanunsuzluqlar törətməklə bərabər, hətta donmuş gölə atəş də açıblar. Bu şəxslərin təbiətə, əfsanəvi Maral gölə qarşı vandal münasibəti haqlı olaraq sosial şəbəkə iştirakçıları tərəfindən qınaq obyektinə çevrilib.
Maral göl ərazisində bir qrup şəxsin törətdiyi bu qanunazidd hərəkətlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dərhal araşdırmalara başlanılıb. Maral göldə müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yaydıqları görüntülər təhlil edilib və bir neçəsinin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, 3 yanvar 2017-ci il tarixində Samir Sadıqov, Asif Quliyev, Azər Qarayev və digərlərindən ibarət 7 nəfərlik qrup qanunla müəyyən edilmiş qaydaları pozaraq Maral göl ərazisinə daxil olublar. Qrup üzvlərinin hamısı hazırda müxtəlif ünvanlarda yaşayan Kəlbəcər rayon sakinləridir. Digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Aparılan araşdırma zamanı o da müəyyən edilib ki, bu şəxslər sivil qaydada bilet alaraq Milli parkın giriş qapısından deyil, Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Göy göl Milli parkının ərazisinə daxil olub və Maral göldə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.
Yol verdikləri qanunsuz hərəkətlərə görə bu şəxslərin ən yüksək məbləğdə cərimələnməsi istiqamətində hazırda sənədləşmə işləri aparılır. Eyni zamanda Göy göl Milli Parkının aidiyyəti üzrə mühafizə işlərinə cavabdeh olan şəxslərinin və rəhbərliyinin dairəsi müəyyənləşdirilir. İşlərində yol verdikləri səhlənkarlığa görə onlara qarşı qanunvericiliyə uyğun intizam cəzası tətbiq ediləcək.