vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
16:47 | 28 iyun 2018 | Cümə axşamı Məqaləyə 3136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda Afrika istisi!

“Temperatur 41 dərəcə olacaq”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Hazırda Azərbaycanda müşahidə olunan anomal istilərin səbəbi Şimali Afrikadan hərəkət edən isti hava dalğalarıdır”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, isti hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində artıq bir neçə gündür ki, ölkə ərazisində günəşli və yağmursuz hava şəraiti müşahidə olunur: “Anomal isti hava şəraitinin iyul ayının 2-dək davam edəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 41 dərəcə isti olacaq”.