Soyuq hava hardan gəlib?
Yüksək ərazilərində qar örtüyü yaranacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni yalanlarını darmadağın edən nəşr
“Həqiqətin onomastikası” ingilis dilində işıq üzü görüb
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
ETSN-dən kreativ layihə
Bakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilir
-
Astara və Lerikdə ekoloji qətliam
Meşələrdə ağacları kütləvi şəkildə kəsən dəstə üzvləri ifşa edilib
-
Ağ məktub
Lənət şeytana, bacarmıram
-
Arabir yağış yağacaq
Sabah Bakıda 9 dərəcə isti olacaq
-
Güclü külək xəbərdarlığı
Zəif duman və çiskin də gözlənilir
-
Yollar buz bağlayacaq
Şaxta olacaq, qərb küləyi əsəcək
-
Ərəbistana qar yağıb
Bu vəziyyət ikinci ildir təkrar olunur
-
Ötən il nə qədər meyvə yığılıb?
Meşə təsərrüfatının illik statistikası açıqlandı
-
Boran, tufan, cəhənnəm ...
Qara bax qara, gör necə yağır,
Çıxsan bayıra, məni də çağır…
Mirmehdi SEYİDZADƏ -
45 gün möhlət
Nazirlik karxanalara tələblərini irəli sürdü
-
Hərarət 41 dərəcə olacaq
Meteohəssas insanlar sabah ehtiyatlı olsunlar
-
İsti yenidən rekord olacaq
Hərarət 43 dərəcəyə çatacaq
-
Azərbaycanda Afrika istisi!
“Temperatur 41 dərəcə olacaq”
-
Anomal istilər gəlir
Nazirlik xəbərdarlıq yaydı
Mərkəzi Rusiyadan hərəkət edən siklonun təsiri nəticəsində axşama doğru Bakıda və Abşeron yarımadasında havanın temperaturu 0 dərəcəyə yaxınlaşacaq.
Bunu “Trend”ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, dünənlə müqayisədə bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu kəskin, yəni 8-10 dərəcə enib:
“Axşama doğru havanın temperaturu 0 dərəcəyə yaxınlaşacağından Bakıətrafı ərazilərdə və şəhərin nisbətən yüksək ərazilərində zəif qar örtüyü əmələ gələ bilər. Fevralın 19-dan 20-nə keçən gecə şəhərətrafı yolların buz bağlama ehtimalı var”.
Gün ərzində əlverişsiz, yağıntılı hava şəraitinin davam edəcəyini deyən U.Tağıyeva qeyd edib ki, sabahdan hava şəraiti sabitləşəcək. Əksər rayonlarda, eləcə də Abşeron yarımadasında yağıntıların tədricən kəsiləcəyi gözlənilir.
Hazırda Bakıya yağan qarın paytaxt üçün ilk qar hesab edilmədiyini söyləyən departament direktoru builki qış mövsümü ərzində Bakıda və Abşeron yarımadasında bir neçə dəfə sulu qarın yağdığını nəzərə çatdırıb.
U.Tağıyeva əlavə edib ki, Mərkəzi Rusiyadan hərəkət edən siklon respublikanın əsasən şimal və şərq rayonlarına öz təsirini göstərib. Bu gecə ərzində əsasən şimal rayonlarında – Quba, Şabran, Altıağac, Xaçmaz, Qəbələ və İsmayıllıda yağıntılar qar şəklində düşüb: “Neftçala, Salyan, Biləsuvar, Yardımlı, Astarada yağıntılı hava şəraiti müşahidə edilib. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 5 mm təşkil edib ki, bu da aylıq normanın 23-24 faizini təşkil edir”.
O deyib ki, respublikanın bir sıra rayonlarında - Ağstafa, Mingəçevir, Tovuz, Gəncə, Yevlax, Quba, Ağsu, Ağdam və Sabirabad rayonlarında külək güclənib. Küləyin maksimal sürəti saniyədə 25-28 metr olub. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 20 metrə çatıb.