vaxtlı-vaxtında oxuyun! Şənbə, 26 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ENERGETİKA  
“İllik artım 8,8 milyard tona yüksəldi” 16:41 | 24 iyul 2025 | Cümə axşamı Məqaləyə 613 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İllik artım 8,8 milyard tona yüksəldi”

Qlobal kömür tələbatı rekord səviyyəyə çatdı

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Enerji Agentliyi (IEA) “Kömür: İlin Ortası Yenilənməsi” adlı hesabatını dərc edib. Hesabata görə, 2024-cü ildə dünyada kömür tələbatı illik əsasda 1,5 faiz artaraq 8,8 milyard tonla yeni bir rekorda çatıb.

Tələbatdakı artımın əsas səbəbi Çin, Hindistan, İndoneziya və digər inkişaf etməkdə olan iqtisadiyyatlarda çoxalan istifadə olub. Bu artım Avropa, Şimali Amerika və Şərqi Asiyadakı inkişaf etmiş ölkələrdə zəifləyən tələbatla tam tarazlanmayıb.

Çin və Hindistan kimi ölkələrdə elektrik enerjisinə tələbatın zəif artması və bərpa olunan enerji mənbələrindən istehsalın yüksəlməsi, bu ölkələrdə kömür tələbatının bir qədər azalmasına səbəb olub.

ABŞ-da isə elektrik enerjisi istifadəsi və təbii qazın bahalaşması fonunda kömür istehlakı illik əsasda 10 faiz artıb.

Avropa Birliyində (AB) isə sənaye sahələrindəki aşağı tələbat, elektrik istehsalında artan kömür istifadəsi ilə tarazlanıb. Beləliklə, AB-də ümumi kömür tələbatı sabit qalıb.

 

Kömür tələbatı artmaqda davam edəcək

 

Qısa müddətli dəyişikliklərə baxmayaraq, 2024-cü ilin ümumi nəticəsi olaraq, qlobal kömür tələbatının 1 faiz artması proqnozlaşdırılır.

ABŞ-da bu artımın 7 faizə çatacağı, AB-də isə 2 faiz azalacağı gözlənilir.

2026-cı ildə isə kömürə tələbatın 1 faizə yaxın azalması və 2024-cü ildəki səviyyəyə yaxın qalacağı proqnozlaşdırılır.

IEA-nın Enerji Bazarı və Təhlükəsizlik direktoru Keysuke Sadamori hesabatla bağlı, “2025-ci ilin ilk yarısında regionlar arasında fərqli tendensiyalar müşahidə olunsa da, bu fərqlər qlobal kömür tələbatının ümumi istiqamətini dəyişmir. Gözləntilərimizə əsasən, bu il və gələn il kömür istifadəsi sabit qalacaq. Lakin hava şəraiti, iqtisadi və geosiyasi qeyri-müəyyənliklər səbəbindən qısa müddətli dalğalanmalar mümkündür. Əvvəlki illərdə olduğu kimi, qlobal kömür trendlərinə əsasən Çin yön verir. Çin hələ də dünyanın qalan hissəsinin ümumi kömür istehlakından təxminən 30 faiz daha çox kömür istifadə edir”, – deyib.