Soyadımız necə olsun?
«İstənilən insan, istənilən soyadı götürməlidir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Unudulmaz Əlibala Hacızadə
Yazılarımızın ilk oxucuları özümüzdük
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
Elmi institutların taleyi necə olacaq?
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
-
Elmin gerçək üzü ...
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
-
AMEA bağlanmalıdırmı?
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
-
Qorxusuz akademik ...
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
-
Elmi ad almaq istəyən alverçi
Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...
-
Məslək şəhidi ...
Azərbaycan Milli Elmlər Akademiyasının 40 yaşlı qurucusu
-
“AMEA bizə lazımdırmı?”
Azərbaycan elminin aqibəti: necə olacaq?
-
“Əlimdən gələni edəcəyəm”
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
-
“Mən ciddi adamam”
Adının AMEA prezidentliyinə hallandırılmasına İsa Həbibbəylidən sərt reaksiya
-
İstefa ərizəsi sabah təqdim olunacaq
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
-
“Bu gün...”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
-
Yustinian vaqeəsi kabusu
Bundan qorunmaq üçün həqiqi alimlərə sahib çıxmalıyıq
-
Ramiz Mehdiyevin baldızı oğlu saxlanıldı
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
-
“Müraciətin nə zaman olunacağını dəqiq bilmirik”
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama
Azərbaycanda soyadların yeni seçim sisteminin təsdiq edilməsi haqqında Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının qərarı birmənalı qarşılanmır. Komissiyanın qərarına görə, soyad sonluqları bu yollarla düzəldilə bilər: - oğlu və -qızı, -zadə sonluğu, -lı, -li, -lu, -lü, -gil, -soy şəkilçilərini artırmaqla və soyad bildirən sözün kökünə heç bir leksik və qrammatik vasitə artırmadan.
Qərarda göstərilir ki, «soyad seçimi zamanı titul bildirən xan, bəy, hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə tövsiyə edilmir».
«-Zadə saxlanılır»
Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirir ki, məqsəd soyadları milliləşdirməkdir. -Zadə sonluğunun qəbul olunması zamanı isə müzakirələr uzun çəkib və sonda qəbul olunması qərara alınıb: «Komissiya hər şeyi müzakirə edib. Bütün cəhətlər nəzərə alınıb. Milli kökə qayıdışdan danışırıqsa, -zadə fars sözüdür, oğlu mənasında işlənir. Əslində olmaz. Ancaq müəyyən insanlar nəzərə alındı, Ədliyyə Nazirliyindən soyadlar götürüldü. Zadələr 9 milyonun hardasa 15 faizindən çoxdur. Ona görə - zadə saxlanılır».
Xan, bəy, hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadənin tövsiyə edilməməsi haqqında isə Sayalı Sadıqova deyir ki, soyadın Əlibəyli, yaxud, Almazxanlı yazılmasından söhbət getmir: «Burda titullardan söhbət gedir, titullar qadağan olunur. Ağabəyli soyadında - li, - lü-dən istifadə olunur. Sözün kökünə - li, - lü yazılırsa, ona toxunulmur. Tutaq ki, kimsə Həccə gedir. Gələndən sonra olur Hacı Ələkbər. Sonra yavaş-yavaş bundan titulu kimi istifadə edir. Ya da son vaxtlar qəzetlərdə jurnalistlər, yazarlar titullardan istifadə edilir. Özü də ayrı yazılır, onsuz da bitişik yazanlara əyilməyəcək. Bəy, əfəndi, xan ayrı yazılırsa, bu qadağan edilir».
«-ov, -yev olsa
yaxşıdır»
«Hər bir dövlətə,
millətə məxsus soyadlar olmalıdır. Ancaq indiki qaydalar məncə hələ də düzgün
tapıntı deyil».
«Milli soyadlara keçilməsi yaxşı haldır. Ona görə ki, - ov, - yev rus
soyadlarına məxsusdur».
«Köhnədəki kimi -ov, -yev olsa yaxşıdır. Gələcək nəsil necə deyəcək ki, mənim babam Əliyev olub?».
«Mən istəyərdim mənim övladım da Talışinski olsun, çünki bu bizdə gör neçə əsrdir...».
«Mənim üçün fərqi yoxdur. Ancaq milli olsa, yaxşı olar. -Li-yə üstünlük verirəm, -zadə fars mənşəlidir. Ancaq kim istəyirsə - ov olmalıdır, yoxsa bu insan hüquqlarını tapdalanması olar».
İfadə aydın başa düşülmür
Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, gələcək nəslə -ov, -yev sonluğunun yazılmasının qadağan edilməsi hüquq pozuntusu deyil: «Çünki soyadın kökü saxlanılır, yəni Əliyevdirsə Əli qalır. Burda heç kim soykökündən qoparılmır».
O ki qaldı titullara, hüquq müdafiəçisi deyir ki, bu, çətinliyə gətirib çıxaracaq. Çünki «soyad seçimi zamanı titul bildirən xan, bəy, hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə tövsiyə edilmir» ifadəsi aydın başa düşülmür. Bu da gələcəkdə anlaşılmazlıqlara, mübahisələrə, elə insan hüquqlarının pozulmasına gətirib çıxara bilər.