Nazirilik cəzalandırdı
Göygöl Milli Parkının direktoruna töhmət verilib, 2 əməkdaş işdən çıxarıldı
Fərid MİRZƏYEV, APA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni yalanlarını darmadağın edən nəşr
“Həqiqətin onomastikası” ingilis dilində işıq üzü görüb
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
ETSN-dən kreativ layihə
Bakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilir
-
Astara və Lerikdə ekoloji qətliam
Meşələrdə ağacları kütləvi şəkildə kəsən dəstə üzvləri ifşa edilib
-
Arabir yağış yağacaq
Sabah Bakıda 9 dərəcə isti olacaq
-
Güclü külək xəbərdarlığı
Zəif duman və çiskin də gözlənilir
-
Yollar buz bağlayacaq
Şaxta olacaq, qərb küləyi əsəcək
-
Soyuq hava hardan gəlib?
Yüksək ərazilərində qar örtüyü yaranacaq
-
Ötən il nə qədər meyvə yığılıb?
Meşə təsərrüfatının illik statistikası açıqlandı
-
45 gün möhlət
Nazirlik karxanalara tələblərini irəli sürdü
-
Hərarət 41 dərəcə olacaq
Meteohəssas insanlar sabah ehtiyatlı olsunlar
-
İsti yenidən rekord olacaq
Hərarət 43 dərəcəyə çatacaq
-
Azərbaycanda Afrika istisi!
“Temperatur 41 dərəcə olacaq”
-
Anomal istilər gəlir
Nazirlik xəbərdarlıq yaydı
-
Temperatur sürətlə yüksəlir
Bakıda yağmursuz və küləkli hava olacaq
-
Bayram günü cənnət havası
Mülayim cənub küləyi əsəcək
Göygöl Milli Parkının Maralgöl ərazisində bu il yanvarn 3-də müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yayılan görüntüləri dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən təhlil edilib və 7 nəfərdən ibarət qrup üzvlərinin şəxsiyyəti dəqiqləşdirilib.
ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq, İnzibati Xətalar Məcəlləsinə əsasən, onların hər biri 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində cərimələnib. Göygöl Milli Parkının Maralgöl sahəsinin mühafizəsinə cavabdeh olan 2 əməkdaşı tutduğu vəzifədən azad edilib, Milli Parkın direktoruna isə töhmət verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl bir qrup şəxs Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Göygöl Milli Parkının ərazisinə daxil olub və Maralgöldə, icazə verilməyən yerdə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.