vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SƏHİYYƏ, ORDU  
11:35 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 920 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polkovnik-leytenantdan xəbərdarlıq

«Düşmənin bütün strateji obyektləri ordumuzun nəzarəti altındadır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir. Düşmənin bütün strateji obyektləri ordumuzun nəzarəti altındadır. Lazımi an onların hamısı məhv ediləcək». Strateq.az xəbər verir ki, bunu «Report»a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev deyib.

O qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahlar, döyüş helikopterləri və təyyarələri, ən müasir hava hücumundan müdafiə vasitələri, zirehli texnika, tanklar və artilleriya qurğuları ilə təchiz edilib:

«Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan düzgün vurğulayır ki, regionda hərbi siyasi balans dəyişkəndir və hərbi, siyasi, iqtisadi və informasiya faktorlarından asılıdır. Bununla da o bir daha təsdiq edir ki, sadaladığı hər bir faktorlara görə Azərbaycan Ermənistanı üstələyib.

Azərbaycan ordusunda yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik ən müasir silahlar var. Azərbaycan Rusiyadan, Türkiyədən, İsraildən, Pakistandan və digər ölkələrdən düşmənin hərbi obyektlərini vurmaq imkanına malik müxtəlif növ raketlərin tədarükünü həyata keçirib».

Ekspert vurğulayıb ki, bundan başqa artıq Belarus tərəfi də Azərbaycana 250 km mənzilli «Polonez» raket kompleksinin satılmasına dair razılıq əldə olunduğunu açıqlayıb: «Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək».